Nida.az
Səlim Müslümov əfv edilir? - AÇIQLAMA
“Biz düşünürük ki, 28 May - Müstəqillik Günü ilə əlaqədar olaraq ölkə başçısı tərəfindən əfv sərəncamı imzalanacaq. Bu, Prezidentin müstəsna səlahiyyətində olan məsələdir. Bizim İşçi Qrupun siyahısında 39 nəfər tanınmış məhbusun adı yer alıb. Onların arasında jurnalistlər, blogerlər, siyasətçilər də var”.
Bunu Publika.az-a açıqlamasında hüquq müdafiəçisi, İşçi Qrupun üzvü Novella Cəfəroğlu deyib.
Hüquq müdafiəçisi bildirib ki, əfv üçün müraciət edənlərin hamısının ərizələrinə baxılıb:
“Bizim öz kriteriyalarımız var. Həmin kriteriyalara uyğun olaraq kimlər varsa, təqdim etdiyimiz siyahıda adlarını yazmışıq. Təəssüf ki, onların adlarını açıqlaya bilməyəcəyəm. Aralarında redaktorlar, bloger və jurnalistlər, siyasi şəxslər, ictimaiyyət arasında tanınmışlar da mövcuddur. Hətta bizim kateqoriyaya daxil olan, əfv üçün müraciət etməyənləri də siyahıya saldıq ki, məsələni birdəfəlik həll edək. Gədəbəyin keçmiş icra başçısı Saleh Məmmədovun da adı siyahıya əlavə olunub. Sabiq nazir Səlim Müslümovun adı isə həmin siyahıya salınmayıb. Çünki o, hökumətin öz adamıdır. Bizim kriteriyaya daxil deyil”.
Qeyd edək ki, ötən gün Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev saytımıza açıqlamasında əfv edilmələri üçün məhbusların 600-dən çox müraciətinə baxıldığını bildirmişdi.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin

























.png)











.jpg)
.jpg)