Nida.az
Onunla bağlı məktubumuz birbaşa Prezidentə göndərilmişdi - Cəfəroğlu
“28 May Müstəqillik Günü öncəsi əfv sərəncamı imzaladığı üçün cənab Prezidentə təşəkkür edirik. Bu işdə əməyi keçən kimlər varsa, sağ olsunlar. Əfv Komissiyasına da, Prezidentimizə də dərin minnətdarlığımı bildirirəm. Hər dəfə əfv sərəncamı imzalananda onlarla, yüzlərlə insan öz ailələrinə qovuşur. Bu dəfə Saleh Məmmədovun, ömürlük məhkum Şəmsi Səmədzadənin, Əfqanın azadlığa çıxması çox sevindirici haldır. Biz onların azadlığa çıxmasına çox sevindik”.
Bunu Publika.az-a açıqlamasında hüquq müdafiəçisi, İşçi qrupun üzvü Novella Cəfəroğlu deyib.
Hüquq müdafiçəsisi ölkə başçısının son sərəncamı ilə yüzlərlə insanın azadlığa çıxması ilə bağlı sevinc təəssüratlarını bölüşüb:
“Biz istəyirdik ki, Elçin Məmmədli, Mahmud kimi məhbuslar da azadlığa çıxsınlar. İstəyirik ki, heç bir dövlət bəzi məsələlərə görə bizi, ölkəmizi qınamasın. Biz bu məsələni birdəfəlik qurtarmaq istəyirik. Jurnalistlərin, blogerlərin hamısının azadlığa buraxılmasına nail olmağa çalışırıq. Bizim siyahıda olanların çoxu budəfəki əfv sərəncamı ilə azadlığa çıxdı. Biz gəncəlilərdən ayrıca məktub yazmışdıq. Gəncədən 10 nəfərin azadlığa çıxmasına da çox sevindik. Azadlığa çıxanlara görə sevincimizin həddi-hüdudu yoxdur. İstərdik ki, həbsxanada olanların hamısı azadlığa çıxsın. Həmişə demişəm ki, biz öz işlərimizi öz aramızda, içərimizdə həll eləməliyik. Hamımız bir yerdə daha güclüyük. Bunun üçün əfv sərəncamından əməyi keçən hər kəsə sizin vasitənizlə bir daha təşəkkürümü bildirirəm. Məsələn, bu dəfə Prezident Administrasiyasının siyasi şöbəsi bizə çox böyük kömək elədi. Onlara da məktub ünvanlamışdıq. Əllərindən gələn köməklikləri göstərdilər. Ədalət müəllimə, Səbinə xanıma, uşaqların hamısına buradan təşəkkkürlərimi çatdırıram. Onlar bizə böyük köməklik göstərdilər və nəticədə çox adamın azadlığa çıxmasına nail olduq”.
Novella Cəfəroğlu Daxili İşlər naziri Vilayət Eyvazovun də bu işdə hüquq müdafiəçilərinə böyük köməklik göstərdiyini dilə gətirib:
“Daxili İşlər naziri Vilayət Eyvazovla da görüşmüşdük. Vilayət müəllim də Əfv Məsələləri Komissiyasındadır. Ondan da köməklik etmələri üçün xahiş eləmişdik. Əliməmməd Nuriyev də bizə çox böyük yardımçı oldu. Ona da çox sağ ol deyirəm. Saleh Məmmədovun, “cəbhəçi”lərin çıxması bizim üçün vacib idi. Onların çıxmasında Əfv Komisiyassında təmsil olunanların, bizim görüşdüyümüz adamların çox böyük köməklikləri oldu. Ömürlük məhkum Şəmsi Səmədzadənin azadlığa çıxması ilə bağlı çox adamla danışmışdıq. Onunla bağlı məktubumuz birbaşa Prezidentə göndərilmişdi. Açığı, biz onun azadlığa çıxacağını gözləmirdik. Çox sağ olsunlar ki, ömürlük məhkum olunmuş həmin şəxsi azadlığa buraxdılar. Hazırda bir neçə ömürlük həbs cəzası alan şəxsin azadlığa çıxması ilə bağlı da işlər aparılır, onların haqqında da ölkə başçısına məktubla müraciət ünvanlayacağıq. 15-20 ildən çox müddət ərzində həbsdə yatan insanlar var. Onlar cani deyillər. “OMON”çuların həbsdən azad olunması ilə bağlı müraciət edəcəyik. Hətta ömürlük məhkumların arasında həkim olan var, onun da azadlığa çıxması üçün çalışacağıq”.
Qeyd edək ki, mayın 27-də Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Nəticədə 213 nəfər məhkum cəzasının çəkilməmiş hissəsindən azad olunublar.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO