Nida.az
Avropaya mühacirət edən “siyasilər” geri qaytarılacaqmı? - Şərh
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş sentyabrın 1-dən qüvvəyə mindi.
Yeni qaydalara bir sıra güzəştlər daxildir. Ən diqqətçəkən məqam isə qanunsuz miqrantların geri qaytarılmasıdır. “Readmissiya haqqında saziş Aİ ölkələri və Azərbaycan hakimiyyətləri üçün dəqiq öhdəlikləri və prosedurları müəyyən edir. O, tərəflərin ərazisində qanunsuz olan adamları nə zaman və necə toplamağı tənzimləyir. Onlar təkcə hər iki tərəfin ərazidə qanunsuz olan vətəndaşlarına deyil, həm də müəyyən tərəflə (məsələn, viza və ya yaşamaq üçün sənəd) dəqiq əlaqəyə malik olan üçüncü ölkələrin vətəndaşlarına və qeyri-leqal vəziyyətdə olan vətəndaşlığı olmayan şəxslərə aiddir. Readmissiya haqqında sazişin tətbiqi zamanı İnsan Hüquqları üzrə Avropa Konvensiyasında nəzərdə tutulduğu kimi, insan haqlarına hörmət edilməsinə tam zəmanət verilir”,- sazişdə deyilir.
Bildiyimiz kimi, bir sıra Azərbaycan vətəndaşı Avropa ölkələrində
“siyasi mühacir” statusu almağa çalışır. Bunun üçün hətta istənilən
vasitəyə də əl atılır. Bəzən, mitinqlərdə məqsədli şəkildə iştirak,
polislə qarşıdurmaya gedərkən fotoqrafın obyektinə düşmək istəyi və
bir sıra bu kimi metodlar bizə tanışdır. Artıq bu gün Avropa
ölkələrində Azərbaycandan getmiş “siyasi mühacir ordusu”
formalaşıb. Bu sazişin müzakirəsi zamanı onların sosial şəbəkələrdə
təşvişinin də şahidi olduq.
Sazişin qüvvəyə minməsi ilə ortaya çıxan əsas sual qanunsuz
miqrasiya edən, xüsusilə müxtəlif yollarla “siyasi mühacir” almış
şəxslərin Azərbaycana qaytarılması ilə bağlıdır.
Publika.az-a açıqlamasında bunu
şərh edən beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev hesab edir
ki, bunun mümkün olması heç də asan deyil.
Onun sözlərinə görə, oturmaq hüququ alan şəxs geri qayıtmaq istəmirsə, onu buna məcbur edirlər.
“Siyasi sığınacaq adı ilə gedənləri getdikləri ölkə ətraflı
araşdırır. Onun haqqında informasiyalar həqiqidirsə, o, heç bir
halda geri qaytarılmır. Bu beynəlxalq hüquqda qadağandır, həm də
bəzi ölkələrin siyasi maraqlarından irəli gəlir. Əgər kimsə
cinayətkardırsa və siyasi sığınacaq almaq istəyirsə, onun haqqında
araşdırma aparılır və hər şey ortaya çıxır. Ölkəsi geri istədiyi
halda həmin şəxs geri verilir. Digər tərəfdən, indi Avropa ölkələri
bu məsələlərə demokratik dəyərlər prizmasından baxırlar”.
F. Mehdiyev qeyd edib ki, yeni sazişdə köklü dəyişikliklər yoxdur.
Onun sözlərinə görə, bir sıra sadələşdirmələr olsa da, bəzi
məsələlər əvvəlki kimi qalır.
Asif Nərimanlı
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda