Nida.az
Prezidentlərin məxfi danışıqları? – Alman politoloqdan Qarabağ üçün üç variant
“Kaliforniya ştatının Dağlıq Qarabağın müstəqilliyini tanıması erməni lobbisinin təsirindən qaynaqlanır. Unutmaq lazım deyil ki, Amerika ermənilərinin 40 faizindən çoxu bu ştatda və Los-Ancelesdə yaşayır”.
Publika.az xəbər verir ki, bu sözləri almaniyalı politoloq Xayko Lanqner rus mediasına açıqlamasında deyib.
Lakin o, Obama administrasiyasının separatçı rejimin
müstəqilliyini tanımasını mümkünsüz hesab edir: “Hətta ermənilər nə
qədər arzu etsə belə, onların müttəfiqi Rusiya buna getməyəcək.
Çünki Azərbaycan və Ermənistan Rusiya üçün önəmlidir və bu səbəbdən
də balansı heç birinin xeyrinə dəyişdirməyəcək”.
Almaniyalı politoloqun sözlərinə görə, Moskva və Vaşinqton
separatçı “DQR”ə yardımların edilməsinə göz yumurlar. ABŞ-ın Minsk
qrupu ölkəsi kimi “DQR”-ə yardım edən yeganə ölkə olaraq
Azərbaycana qarşı 907-ci düzəlişi hələ də qüvvədə saxlamasına
münasibət bildirən Xayko Lanqner bildirib ki, düzəlişin qəbulu
zamanı erməni diasporunun təsiri ilə sərt şərtlər qoyulub: “Bu
düzəliş dövlətlərə qarşı sanksiya aləti kimi istifadə olunur. Lakin
bu, düzəlişin indiyə qədər niyə ləğv edilmədiyi sualına cavab
deyil. Bunu hələ 1993-cü ildə ləğv etmək lazım idi. Həmin vaxt ki,
erməni silahlı qüvvələri Dağlıq Qarabağı və ətraf yeddi rayonu
işğal edərək oradakı Azərbaycan əhalisini qovmağa başlamışdı”.
Bununla belə, alman politoloq 907-ci düzəlişin Azərbaycanın
iqtisadi inkişafı və ordusunun müasirləşdirilməsini saxlaya
bilmədiyini qeyd edib: “Düzəlişin praktiki nəticələri heç vaxt
əhəmiyyətli olmayıb. Lakin belə bir düzəlişin olması faktiki olaraq
ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çalışan
Minsk qrupunda yararsızlığını göstərir. Çünki Amerika uzun illər
münaqişə tərəflərinin birinə - Azərbaycana qarşı sanksiya tətbiq
edib”.
Xayko Lanqner ABŞ-ın Cənubi Qafqaz siyasətinin ikiüzlü olduğunu
dilə gətirib: “Misal üçün, Ermənistana dövlət yardımı edən
Vaşinqton de-fakto fəaliyyət göstərən “DQR”in separatçı rejiminə də
birbaşa yardım ayırır. Yəni, münaqişədə erməni tərəfinə birtərəfli
dəstək var. Bununla, ABŞ siyasi mesaj göndərir: “Biz sizi rəsmən
tanımayacağıq, lakin kömək edəcəyik”. Kreml indiyə kimi belə bir
addım atmayıb. Yəni, faktii olaraq ABŞ qərəzsiz vasitəçi
deyil”.
Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün “Moskva
kartına” inanmaq daha yaxşı olar: “Kreml münaqişə tərəflərinin
ikisinə də simmetrik yanaşır. Bu perspektiv həll üçün daha geniş
imkan yarada bilər”.
Xayko Lanqner Dağlıq Qarabağda Suriya ermənilərinin, eləcə də
yezidi kürdlərin yerləşdirilməsini “düşmənimin düşməni mənim
dostumdur” prinsipi baxımından şərh edib. Onun sözlərinə görə,
indiyə qədər Suriya ermənilərindən 35 ailə - təxminən 130 nəfər
erməni Qarabağa yerləşdirilib: “Bu strategiya yeni deyil. İraqın
yezidi kürdlərinin yerləşdirilməsi də təsadüfi deyil. Münaqişə
başlayana qədər burada yezidi və müsəlman kürdləri yaşayırdı. İndi
kənardan yezidi kürdlərinin gətirilməsi qondarma “DQR”in
“düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə yanaşması
deməkdir. Həm də humanitar yardım göstərərək beynəlxalq
ictimaiyyətin dəstəyini qazanacağını düşünürlər”.
Alman politoloq Qarabağ münaqişəsinin həlli üçün üç variantın
olduğunu hesab edir. “Birinci ünvan ATƏT-in Minsk qrupudur. İkinci
variant BMT ola bilər. Üçüncü variant isə Azərbaycan və Ermənistan
prezidentlərinin məxfi danışıqları ola bilər. Onlar belə bir
görüşlə münaqişəni yoluna qoya bilərlər, çünki onların bir-birinə
qarşılıqlı hörməti mövcuddur”.
Asif Nərimanlı
-
Magazin203:43
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO