Son bir ayda Gürcüstanın götürdüyü xarici borcu açıqlandı
Bizi izləyin

Nida.az

Son bir ayda Gürcüstanın götürdüyü xarici borcu açıqlandı

Son bir ayda Gürcüstanın xarici borcu 76 milyon dollar artıb.

Publika.az xəbər verir ki, bu barədə şimal-qərb qonşumuzun Maliyyə Nazirliyinin hesabatında qeyd olunub.

Hesabata əsasən, ölkənin xarici borcu son 1 ildə 139,720 milyon dollar azalsa da, son bir ayda 76 milyon dollar artıb. 2022-ci ilin may ayına olan məlumata görə isə, Gürcüstanın xarici borcu ümumilikdə 7,898 milyard dollardır.

Bu isə bu günün məzənnəsi ilə 23,338 milyard larini ötüb. 2021-ci ilin eyni dövrü ilə müqaisədə bu rəqəm 8,038 milyard dollar olub, bu isə o vaxtkı məzənnə ilə 26,349 milyard lari təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm