Nida Xəbər
Ceyhun Bayramov Fransa səfirini qəbul etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fransa ölkəmizə yeni təyin olunmuş səfiri Sofi Laqutt ilə görüşüb.
Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilir ki, Səfir Sofi Laqutt etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov səfir Sofi Laquttu təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və Fransa arasında mövcud ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyəti, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
Azərbaycan-Fransa münasibətlərində yaranmış böhranın səbəbləri ətrafında fikir mübadiləsinin də aparıldığı görüşdə, həmçinin mövcud problemlərə baxmayaraq qarşılıqlı dialoq və müzakirələrin davam etdirilməsinin vacibliyi qeyd edilib.
Nazir Ceyhun Bayramov həmçinin səfir Sofi Laquttu postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.
Səfir Sofi Laqutt qəbula görə təşəkkür edib, fəaliyyəti müddətində Azərbaycan və Fransa arasında münasibətlərin möhkəmləndirilməsinə töhfə vermək istiqamətində səylərini əsirgəməcəyini diqqətə çatdırıb.
Görüş zaman həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


-
ABŞ19:20
Tramp yenə ölümdən döndü - Bu dəfə helikopterində nasazlıq yarandı
-
MDB19:10
Rusiya qırıcıları indi də bu ölkənin hava məkanını pozdu
-
Nəqliyyat18:50
Avtobuslarda məsafəyə uyğun ödəniş sistemi tətbiq ediləcək - Bu tarixdən...
-
Ekologiya18:30
Azərbaycanda sarı və narıncı XƏBƏRDARLIQ verildi
-
Dünya17:35
48 saat ərzində 5 dəbdəbəli geyim: Melaniya Tramp Londonu belə valeh edib - FOTOLAR
-
Rəsmi xronika17:33
Prezident fərman imzaladı
-
Nida Xəbər 16:36
Hərbi prokurora yeni müavin təyin olundu
-
Sosial15:56
Gələn il pensiyalar nə qədər artacaq?