Nida.az
Gürcüstanda Muğanlı kəndinin adını kim güllələyib?
Gürcüstanda, soydaşlarımızın yaşadığı Qardabani Bələdiyyəsinin Muğanlı kəndinin adının qeyd olunduğu lövhələrə qarşı 3 dəfə ard-arda vandalizm hadisəsi qeydə alınıb.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə məlumatı kənd sakini Bəxtiyar Zeynalov da təsdiqləyib.
Onun sözlərinə görə, kəndin adı yazılan lövhə ilk dəfə 2 ay bundan əvvəl odlu silahdan atəşə tutulub, daha sonra lövhə dəyişdirilsə də, iki həftə bundan əvvəl ikinci dəfə yenə atəşə tutulub.
İkinci dəfə atəşə tutulan lövhə çox keçmədən yenisi ilə əvəz olunub, lakin bir neçə gün bundan əvvəl lövhənin üzərindəki kəndin adı boya ilə rənglənərək görünməz hala salınıb.
B. Zeynalov onu da bildirib ki, məsələ ilə bağlı polis 2 ay bundan əvvəl məlumatlandırılıb, lakin vandalizm törədənin və ya törədənlərin kimliyi ilə bağlı hələlik məlumat yoxdur. Qeyd edək ki, Muğanlı kəndinin adı yazılan lövhəyə qarşı vandalizm hadisəsi 2008-ci ildə də baş verimişdi.
-
Rəsmi xronika13:49Özbəkistanlıların Azərbaycana axını: Prezident rəqəmləri açıqladı
-
Yaxın Şərq13:26İsrail Türkiyəyə qarşı hərəkətə keçdi: Suriyada təhlükəli qarşıdurma
-
Nəqliyyat10:25Bu marşrutun hərəkət sxemi dəyişdirildi
-
ABŞ09:43Tramp meydan oxudu: İran böhranı bu ölkə ilə savaşa səbəb olacaq
-
Sosial08:36Bakı və Sumqayıtın bir sıra əraziləri işıqsız qalacaq
-
Dünya08:12Alyaskada təyyarə qəzası - 8 nəfərdən xəbər yoxdur
-
Sosial08:00Xarkovda PUA zərbəsi azərbaycanlı heykəltaraşın emalatxanasını dağıtdı - FOTO
-
Qoroskop05:15Həyatında yeni səhifə açacaq 4 bürc









.jpg)
.jpg)
.jpg)


























