Nida.az
Azərbaycan-Özbəkistan: yeni mərhələyə start verildi
Prezident İlham Əliyevin 12 illik fasilədən sonra Özbəkistana səfəri təkcə Bakı-Daşkənd xəttində yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan liderinin Daşkənddə bayram əhval-ruhiyyəsi ilə qarşılanması, liderlərin çıxışları səfərin ikitərəfli münasibətlərin inkişafında tarixi əhəmiyyət daşıdığını nümayiş etdirir.
Azərbaycan və Özbəkistan arasında sonuncu dəfə yüksək səviyyəli səfər 2012-ci ildə mərhum prezident İslam Kərimov tərəfindən edilmişdi. Həmin vaxtdan ötən 10 illik dövrdə tərəflər bağlarını qopartmasa da, ikitərəfli münasibətlər istər siyasi, istərsə iqtisadi sferada arzuolunan səviyyədə deyildi. Prezident İlham Əliyev Özbəkistana səfərlə bu münasibətlərdə yeni mərhələyə start verdi. Təsadüfi deyil ki, iki ölkə lideri çıxışlarından bir-birini qardaş oaraq adlandırır və bu, tarixi bağlar fonunda olduqca təbiidir.
Səfər çərçivəsində Azərbaycan və Özbəkistan arasında 20-yə qədər sənəd imzalandı. Bu sənədlər prioritet istiqamətlər üzrə əməkdaşlığın dərinləşməsini özündə ehtiva edir. Ən mühüm məqam isə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında” Bəyannamənin imzalanmasıdır. Bəyannamə iki ölkənin bütün sferalarda dərin münasbətlərinin qurulmasını əsas tutur.
Bununla yanaşı, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş”i və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” diqqətçəkən sənədlərdəndir. Bu, Azərbaycanın hərbi sahədə güclənməsinin də nümunəsidir və artıq digər ölkələr Azərbaycanın təcrübəsini öyrənməyə, o cümlədən, hərbi sənaye sahəsində əməkdaşlıq etməyə maraqlıdır.
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” isə iki ölkə arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığı təşviq etməklə yanaşı, Avrasiyanın nəqliyyat şəbəkəsində Bakı və Daşkəndin əhəmiyyətini artırır.
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye sahəsində əməkdaşlıq haqqında Saziş”lə hər iki ölkə qarşılıqlı investisiyanı təşviq edəcək, bu istiqamətdə əməkdaşlığı gücləndirəcək.
Prezidentlərin çıxışı göstərir ki, hər iki lider ölkələrarası əlaqələrin səviyyəsini yüksəltməkdə və dərin əməkdaşlıqda maraqlıdır. Liderlər imzalanan sənədlərin icrasına da nəzarət edəcəklər.
Prezident İlham Əliyevin səfərinin Ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin 25 illiyinə təsadüf etməsi xüsusilə maraq doğurur. Özbəkistanla əlaqələrin gücləndirilməsi istiqamətində mühüm addımlar atan Heydər Əliyevdən sonra Prezident İlham Əliyev bunu daha da inkişaf etdirir, xüsusilə strateji əməkdaşlıq haqda bəyannamənin imzalanması da bunu sübut edir.
Vacib sahələr üzrə əməkdaşlığın genişləndirilməsi məqsədilə müxtəlif sənədlər imzalayan liderlər iki ölkənin xarici siyasətinin əlaqələndirilməsi, beynəlxalq təşkilatlarda əməkdaşlığın dərinləşdirilməsi üzərində də razılıq əldə etdi.
Azərbaycan Prezidentinin səfəri Bakı-Daşkənd münasibətlərində yeni mərhələnin başlanğıcı olaraq tarixə düşəcək.
-
Magazin203:43
Sevgililərdən yeni FOTOLAR
-
Dünya03:13
Günəşdə yüksək səviyyəli partlayış baş verdi
-
Kriminal02:42
Miqrant onunla görüşmək istəməyən QIZI GÜLLƏLƏDİ
-
Sosial01:41
Azərbaycanda vəzifəli şəxs İŞDƏN ÇIXARILDI - FOTO
-
İdman01:11
Əfsanənin akademiyası su altında qaldı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Münaqişə və qarşıdurmalar yarana bilər
-
MDB31 Oktyabr 23:36
Uzun sürən ədavət QANLA BİTDİ - Yol üstündə 4 qohumunu GÜLLƏLƏDİ
-
Sosial31 Oktyabr 23:00
Məşhur Dubay şokoladı ziyanlıdır? - Həkimdən XƏBƏRDARLIQ