Nida.az
Rusiya nəşri: “Bakıda strateji əməkdaşlığın yeni mərhələsi elan ediləcək”
Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda rəsmi səfərdədir.
Səfər proqramına görə, qardaş ölkə başçısı azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək, regionla bağlı proseslər, strateji xarakter daşıyan ikitərəfli münasibətlərin inkişaf perspektivləri, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, eləcə də enerji sferasındakı əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Publika.az xəbər verir ki, Rusiyanın nüfuzlu
“Nezavisimaya qazeta” nəşri R.T.Ərdoğanın Bakı səfəri haqqında yazı
dərc edib.
Yazıda Türkiyə prezidentinin Bakıda strateji əməkdaşlığın yeni mərhələsini elan edəcəyi bildirilir. Rəsmi mənbələrin məlumatına görə, səfər çərçivəsində “Şahdəniz” qazının yaxın gələcəkdə Avropaya daşıyacaq boru kəmərinin bünövrəsinin açılışında prezidentlərin iştirakı gözlənilir. Türkiyə prezidentinin Bakıya ilk səfərinin olmamasına baxmayaraq, səfəri strateji əməkdaşlığın yeni mərhələsi kimi qəbul etmək olar.
“Azərbaycan nəşrlərinin əksəriyyəti bu səfəri müxtəlif rakurslardan
izah edir. Amma o faktdır ki, hazırda situasiya bir qədər dəyişib.
Belə ki, Turqut Özal və Süleyman Dəmirəlin prezidentliyi
dövrlərində Türkiyə Qərb cəmiyyətində Azərbaycan maraqlarının
bələdçisi rolunu oynayırdısa, Azərbaycan indi dünya siyasətində öz
yerini tutub və lazım olduqca Türkiyənin geosiyasi problemlərinin
həllində rol oynayır”, - Nezavisimaya qazeta” nəşri bildirir.
Rusiya nəşri qeyd edir ki, 1993-cü ildən bu yana Bakı ilə Ankara “bir millət iki dövlət” olmasına baxmayaraq, iki ölkə heç vaxt bu qədər yaxın olmayıb.
Asif Nərimanlı
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var