İsa Qəmbərin qardaşı Qubad İbadoğlunu dəstəklədi: “O, ingiliscə yaxşı danışır”
Bizi izləyin

Nida.az

İsa Qəmbərin qardaşı Qubad İbadoğlunu dəstəklədi: “O, ingiliscə yaxşı danışır”

İsa Qəmbərin qardaşı hazırda Almaniyada yaşayan Rövşən Qəmbər Müsavat başqanlığına iddialılar arasında Qubad İbadoğlunu dəstəklədiyini açıqlayıb.

Publika.az xəbər verir ki, R. Qəmbər bununla bağlı müraciət yayıb.

“Qurultayın uğurlu nəticələr əldə etməsinə hər bir ədalətsevər vətəndaşlarımız maraq göstərir, mən də son 44 ildə əsasən qürbətdə yaşayan bir Azərbaycan vətəndaşı olaraq bəzi fikirlərimi əziz və ədalətsevər vətəndaşlarımıza bildirmək istəyirəm: Arif bəy, Səxavət bəy, Tural bəy də Müsavat Partiyasının başqanı olmağa layiq vətəndaşlarımızdırlar və kimin daha layiqli olmasına sentyabrın 27-də keçiriləcək qurultayın nümayəndələri səsvermə yolu ilə qərar verəcəklər.

Lakin Qubad bəy də çox istedadlı, ədalətsevər, ləyaqətli, ingiliscə yaxşı danışan, dünyada ən çox tanınmış, qlobal beynəlxalq təşkilatların işində iştirak etmiş, enerjili gənc vətəndaşlarımızdan biridir. Çox istərdim ki, Azərbaycanda hüquqi dövlətimiz qurulmasına nail olmaq üçün bütün namizədlər İsa bəylə birlikdə beş nəfərdən ibarət kollektiv kollegial başqanlıq sistemi qursunlar və Azərbaycanda ən azından Estoniya səviyyəsində hüquqi dövlətimizin yaranmasına qədər, NATO və Avropa Birliyinə maksimal inteqrasiyasını mümkün edən dərəcədə inkişafına gecə gündüz çalışıb xalqımızın problemlərinin həllinə nail olsunlar.

Müsavat Partiyasının qurultayının uğurlu nəticələr əldə etməsinə maksimal təsir edəcəyinizə ümid edirəm və arzu edirəm ki, Rəsulzadənin davamçıları Azərbaycanın adınalayiq qurultayla yaxın gələcəkdə Azərbaycanlıların Avropa Birliyinin üzvü olmağa çox layiqli millət olduğunu sübut etsinlər”, - deyə İsa Qəmbərin qardaşı bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm