Nida.az
YAP-dan Devid Kramerə sərt reaksiya: “Azərbaycanın zəifləməsində maraqlısan”
“Fredoom House” həmişə özünü Azərbaycanın daxili milli müxalifəti kimi aparır. Bu təşkilatın son bəyanatı da göstərdi ki, o, Azərbaycanla bağlı QHT kimi yox, siyasi təşkilat kimi mövqe sərgiləyir, ölkəmizə qarşı “Səlib yürüşü” təşkil edir”.
Publika.az-a açıqlamasında bu barədə Yeni Azərbaycan Partiyasının
(YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə mərkəzi
qərargahı ABŞ-da olan “Freedom House” təşkilatının rəhbəri Devid
Kramerin Azərbaycanla bağlı tənqidi fikirlərinə münasibət
bildirərkən deyib.
A. Mirzəzadə qeyd edib ki, QHT-nin vəzifəsi vətəndaş cəmiyyətinin
qurulmasıdır: “Amma hansısa QHT istənilən ölkəyə qarşı sanksiya
tətbiq etməyə çağırırsa, bu, ilk növbədə həmin ölkənin
vətəndaşlarının sosial vəziyyətinin ağırlaşmasına, iqtisadi
çətinliyə səbəb olur. Göründüyü kimi, “Freedom House” Azərbaycan
dövlətinin zəifləməsində, Azərbaycan vətəndaşının sosial rifahının
pisləşməsində maraqlıdır. Bu baxımdan, onun çağırışlarını qərəzli,
məkrli və xaricdə Azərbaycanı sevməyən dairələrin tapşırıqlarının
yerinə yetirmək kimi qəbul edirəm. Lakin bir məsələni də vurğulamaq
lazımdır ki, “Freedom House”un rəhbərlərindən fərqli olaraq Avropa
ölkələrinin rəhbərləri, beynəlxalq təşkilatlar beynəlxalq hüququ
bilən və buna hörmət edən insanlardır”.
YAP-çı deputat bildirib ki, Azərbaycan vətəndaşlarının qoruyan
hüquqi dövlətdir.
“Azərbaycan bu günə kimi dünya birliyinə xələl gətirəcək addım
atmayıb ki, ona qarşı hansısa sanksiya tətbiq olunsun. Buna görə
də, Azərbaycan ona qarşı irəli sürülən uydurma “siyasi məhbus”
məsələsində ittiham oluna bilməz. Təəssüf ki, Azərbaycana zorla bu
adı vermək istəyənlər, müəyyən siyasi tələblər irəli sürənlər var.
Lakin heç bir qüvvə, ittiham Azərbaycanı hüquqi-demokratik dövlət
quruculuğu, beynəlxalq birliyə inteqrasiya yolundandan çəkindirə
bilməz”, - deyə A. Mirzəzadə bildirib.
Qeyd edək ki, “Freedom House” təşkilatının rəhbəri Devid Kramerin
Azərbaycana qarşı “Maqnitski siyahısı” sanksiyasını tətbiq etməyi
təklif edib. O iddia edib ki, Azərbaycanda 100-dən artıq siyasi
məhbus var, buna görə də Rusiyaya, Belarusa qarşı tətbiq olunan bu
siyahı Azərbaycana qarşı da edilməlidir.
Asif Nərimanlı
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var