Nida.az
Ankara İsraillə barışıq üçün şərtləri açıqladı
Türkiyə xarici işlər naziri Mövlüt Çavuşoğlu “İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı mübarizə üçün İraqa göndərilən silahlarla əlaqədar xəbərdarlıq edib.
Publika.az-ın verdiyi xəbərə görə, “Anadolu “ xəbər agentliyinin suallarını cavablandıran nazir “bu silahlar PKK-nın əlinə keçməməlidir” deyib.
“İraq ordusu tamamilə, demək olar ki, 95 faizdən yuxarı məzhəbə söykənən bir ordudur. Ordu və İraqdakı yeni situasiya diqqətə alınmaqla bu dəstək verilməlidir. İraqa göndərilən silahlar terror təşkilatların, o cümlədən PKK -nın əlinə keçməməlidir. Biz də bu məsələdə həssaslığımızı dilə gətirdik”, - türkiyəli nazir bildirib.
M.Çavuşoğlu İsrali ilə əlaqələrdən də danışıb. Türkiyə xarici işlər naziri Türkiyə-İsrail əlaqələrinin normallaşması üçün irəli sürülən şərtləri xatırladıb: “Bizim üç şərtimiz var idi. “Mavi Mərmərə” hadisəsinə görə üzr istənilməsi, hadisədə həyatını itirənlərin ailələrinə təzminatın ödənilməsi və Qəzzaya qarşı tətbiq olunan embarqonun qaldırılması. Əslində ilk iki məsələdə İsrail ilə bir nöqtəyə gəldik. Amma elə bu vaxt Qəzza yenidən bombalanmağa başlandı. Əgər bu atəşkəs dövründə İsrail ikinci və üçüncü şərtlərimizi yerinə yetirsə, əlaqələrimiz də təbii ki, normallaşacaq”.
Ömər Dağlı
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO