Nida.az
Azərbaycanlılar öz evlərindən çıxarılır: Hər şey kürdlər üçün!
İraqda yeni hökumətin formalaşdırılması ilə bağlı müzakirələrə Azərbaycan əsilli türkmanların kabinetdən kənarda qaldığı xəbərləri yayılıb.
Publika.az-a açıqlamasında İraq Türkman Cəbhəsinin lideri, İraq
parlamentinin üzvü Erşat Salihi məlumatı təsdiqləyib.
Onun sözlərinə görə, türkmanlara qarşı böyük ayrı-seçkilik
aparılır.
“Biz vəzifə arxasınca qaçmırıq, amma bizi bu parlamentə türkman
milləti seçib. Mən də türkman millətini parlamentdə təmsil edirəm.
Biz olmadan, yəni türkmanların səsi olmadan Kərkük və bu bölgələr
üzərində kürdlərlə razılıq əldə edilməsi baş tutmayacaq. Bu,
qeyri-qanuni addımdır. Bunun nəticəsi çox vahiməli ola bilər. Biz
buna qarşı dirənəcəyik və bunu tanımaq istəməyən beynəlxalq
nümayəndələri də Kərkükə buraxmayacağıq”, - deyə Azərbaycan əsilli
millət vəkili vurğulayıb.
Qeyd edək ki, İraqda İŞİD zülmü altında baş verənlərin və
suallar yaradan bir çox hadisələrin Kürdüstan dövlətinin
yaradılmasına hesablandığı iddia olunur. Bir çox ekspertlər hesab
edir ki, Kürdüstan dövlətinin yaranması üçün əsas amil Kərkükün
kürdlərə verilməsidir. Bu baş verəcəksə, o zaman təbii ehtiyatları
ilə zəngin olan Kərkük Kürdüstanın əsas mərkəzlərindən biri
olacaq.
Türkiyənin “Aksion” jurnalı bununla bağlı yazır ki, İŞİD-in İraq
müharibəsi əvvəlcədən hazırlanmış plandır və bu gün davam edən köç
planlaşdırılmış şəkildə demoqrafik vəziyyətin dəyişməsinə
hesablanıb.
Türkman əsilli yazar Özdemir hürmüzlü Publika.az-a açıqlamasında bildirib ki, Kərkükdə baş verənlər 100 il öncə Amerika və ortaqları tərəfindən hazırlanıb. Onun sözlərinə görə, hər şey kürdüstanın yaradılması üçün baş verir: “Kərkük bölgənin gözüdür. Bura kimin əlindədirsə, bölgənin sahibi də odur. Ortada gizli bir anlaşma var. İraq bölünəcək və Kərkük kürdlərin əlində qalacaq. Çünki Kərkükdə hər şey kürdlərin idarəsi altındadır”.
Bu proseslərin fonunda kürdlərin geniş yer aldığı İraq hökumətinin
formalaşmasına türkmanların buraxılmaması da təsadüfi deyil.
Görünür, Kərkükün verilməsi prosesi başlayır.
Asif Nərimanlı
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO