Nida.az
“Regionçuluğa və saxtakarlığa “stavkalar” ortadan qalxmalıdı” - Başqanlığa namizəd
Müsavat Partiyası başqanlığına namizəd Səxavət Əlisoy
qurultaydan sonra zəruri olan islahatları açıqlayıb.
Publika.az xəbər verir ki, S. Əlisoy özünün
“facebook” səhifəsində bildirib ki, öncə qurultay nümayəndələrinin
sayı 200, Məclis üzvlərinin sayı 50, Divan üzvlərinin sayı isə 11
nəfər müəyyən edilməlidir: “Belə olduğu halda qurultaya, Məclisə və
Divana daha intellektual, püxtələşmiş, fədakar müsavatçılar
seçilər. Regionçuluğa və saxtakarlığa “stavkalar” ortadan qalxar,
qurultayın vaxtında keçirilməsində, Məclisin və Divanın
fəaliyyətində, ən əsası rasional qərarların qəbulunda problem
yaşanmaz”.
Onun sözlərinə görə, partiyada daimi fəaliyyətdə olan, 5-6 peşəkar
mütəxəssisdən ibarət “Analitik qrup” beyin mərkəzi yaradılmalıdır:
“Kadr seçimində populistlərə deyil, intellektuallara “stavka”
edilməlidir. Bir müsavatçının partiyada iki vəzifə daşımasının
qarşısı alınmalı, iki seçkidən artıq vəzifədə qalmaqda davam edən
rayon təşkilatının sədrləri istefaya göndərilməlidir. Partiya
rəhbərliyində Azərbaycanın bütün regionlarının və partiyada çoxluq
təşkil edən etniklərin nümayəndələrinin təmsilçiliyi nəzərdə
tutulmalıdır”.
S. Əlisoy təməl prinsiplərdən imtina edilməsinin müzakirəyə çıxarılmasını istəyib: “Partiyanın təməl prinsiplərindən ikisi - Millətçilik və Türkçülük müzakirəyə çıxarılmalı, çağdaş siyasi durumda liberal dəyərlərə verilən önəm, millətçiliyin bir partiyanın təməl prinsipi elan olunmasının mənfi və müsbət tərəfləri saf-çürük edilməlidir. “Müsavat Başqanı Türk oğlu Türk olmalıdır” başlıqlı statusla həm müsavatçıların, həm də ziyalılarımızın nəbzini yoxladım və qənaətim odur ki, bu məsələ müzakirə predmetidir.
Partiya 90-cı illərdən qalma populist şüarlardan imtina etməli,
səmərəsiz siyasi aksiyalara son qoyulmalı, siyasi aksiyalar yalnız
partiya imicinə müsbət təsir edəcəyi - real xalq dəstəyi olduğu
zaman gündəmə gəlməli, qarşıdurma yaradan icazəsiz aksiyalar
əvəzinə icazəli məkanlarda güc nümayiş etdirməyə nail
olunmalıdır.
İşğaldakı torpaqlarımızın məsələsi daimi olaraq partiyanın
gündəmində olmalı, mütəmadi olaraq dəyirmi masalar təşkil edilməli,
Avropadakı mühacir müsavatçıların AŞPA və digər beynəlxalq qurumlar
qarşısında bu problemin gündəmə gətirilməsi təmin edilməlidir”.
S. Əlisoy toplanan üzvlük haqlarının şəffaf olmasını tələb edib:
“Partiyada tam şəffaf mühit bərqərar olunmalı, toplanan üzvlük
haqları və ianələr barədə hər ay məlumat verilməli, partiya
rəhbərliyində təmsil olunacaq şəxslər mal varlığı barədə cəmiyyəti
məlumatlandırmalıdır.
Partiya öz fəaliyyətində yalnız və yalnız siyasi mübarizənin təkamül yolunu tutmalı, inqilab eyforiyasından uzaq dayanmalıdır.
Siyasi müttəfiqləri müəyyən edərkən, partiya rəhbərlərinin şəxsi münasibətləri yox, partiya maraqları önə çəkilməlidir.
Partiyada üzvlüklə yanaşı, tərəfdaşlıq institutu yaradılmalıdır.
Azərbaycanın qonşularla ikitərəfli münasibətlər qurmasını, Avropaya inteqrasiyasını xarici siyasətdə hər zaman olduğu kimi prioritet hesab etməlidir”.
Asif Nərimanlı
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama