Nida.az
Müharibə qapımızdadırmı? - Şərh
“Region dövlətlərinin iqtisadi və siyasi maraqları Dağlıq Qarabağda müharibəyə imkan verməz”.Publika.Az xəbər verir ki, bu barədə “Region” Beynəlxalq Analitik Mərkəzin sədri, politoloq Razi Nurullayev rusiyalı politoloq Sergey Markovun “Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən atışmalar heç bir nəticə verməyəcək” fikirlərini şərh edərkən deyib.
Politoloq bildirib ki, Sergey Markov hakimiyyət içində müəyyən məlumatlara malikdir: “Çünki Rusiya həmsədr ölkələrdən biridir. Digər bir tərəfdən, dünyada və regionda gedən proseslərə və Azərbaycan-Ermənistan arasında gedən danışıqların axarına baxsaq görərik ki, yaxın zamanlarda müharibənin başlayacağı real görünmür”. Onun sözlərinə görə, həmsədrlər fevralda, ən gec isə martda prezidentlərin görüşünü təşkil etməyə çalışırlar.
“Başqa bir tərəfdən, hazırda müharibənin başlaması üçün
konyuktura yetişməyib. Tərəflərdən heç biri birtərəfli qaydada
müharibəyə başlamağa hazır deyil. Ona görə ki, başlayacaq müharibə
bir çox region dövlətlərinin maraqlarına toxunacaq”-deyə R,
Nurullayev bildirib.
Asif
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi