Nida.az
Rusiya nəşri: “Bakı kimi müttəfiqlər varkən Moskvanın sonu gəldi demək tezdir”
Moskva meri Sergey Sobyaninin Bakı səfəri Rusiya-Azərbaycan
münasibətlərini daha yüksək mərhələyə keçməsinə işarədir.
Publika.az xəbər verir ki, mer Azərbaycanda
yüksək səviyyədə qəbul edildi. Səfərin məqsədi Moskva bazarlarına
daha çox Azərbaycan malının çıxarılmasıdır.
Rəsmi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev
sentyabrın 25-də Moskva şəhərinin meri Sergey Sobyaninin başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin
dinamik şəkildə uğurla inkişaf etdiyini bildirib. Dövlət başçısı
vurğulayıb ki, Moskva Azərbaycan üçün əhəmiyyətli partnyordur.
Sergey Sobyanin isə bildirib ki, həqiqətən, Moskva şəhəri ilə
Azərbaycan arasında dostluq əlaqələri çoxəsrlik tarixə malikdir və
olduqca yaxşı haldır ki, bu əlaqələr bu gün də inkişaf etməkdə
davam edir”.
Ticarət dövriyyəsinin artmasının önəmini vurğulayan Moskva
şəhərinin meri bildirdi ki, Azərbaycandan Rusiya paytaxtına
göndərilən ərzaq məhsullarının həcmi üç dəfə artıb və bunun daha da
genişləndirilməsi üçün yaxşı imkanlar var. Azərbaycan hökuməti ilə
Moskva şəhəri arasında imzalanacaq memorandum və əlavə sazişlərdə
iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı
konkret məsələlərin əks olunduğunu qeyd edən Sergey Sobyanin bu
sənədləri ticarət, iqtisadi əlaqələrimizin yeni səviyyəyə
qalxmasının göstəricisi kimi dəyərləndirdi.
Rusiyanın “Vestik Kafkaz” nəşri Moskva merinin Bakı səfərini
Rusiyanın xilası üçün atılan növbəti addım kimi
dəyərləndirib.
Ötən həftə Bakıda keçirilən Rusiya-Azərbaycan Hökumətlərarası
iqtisadiyyat Komissiyasının iclasında hər iki ölkənin baş
nazirlərinin müavinləri səviyyəsində səslənən fikirləri xatırladan
nəşr qeyd edib ki, Qərbin sanksiyaları fonunda Azərbaycan Rusiya
üçün önəmli ölkədir.
“Avqustun 7-dən etibarən Ukrayna hadisələrinə görə Qərbin tətbiq
etdiyi sanksiyalara cavab olaraq Rusiya Avropa Birliyi ölkələri,
ABŞ, Kanada, Avstraliya, Norveç və digər ölkələrlə mal mübadiləsini
dayandırdı. əvəzində Rusiya üçün alternativ bazarlar, həmçinin
alternativ idxal mənbələri lazım idi. Bir çox ekspertlər bunu
Moskvanın sonu hesab edirdilər, amma Bakı kimi müttəfiqlərin olduğu
dövrdə belə qənaətə gəlmək tələskənlikdir. Son zamanlar inkişaf
edən Bakı-Moskva münasibətləri yeni inkişaf mərhələsinə daxil olub.
Sobyaninin səfəri ilə bu bir daha özünü göstərir”, - deyə nəşr
vurğulayıb.
Asif Nərimanlı
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO