Nida.az
Kremlin sözçüsü: “Merkelə Bakıya baş çəkməyi məsləhət görərdim”
“Azərbaycan sərbəst, müstəqil siyasət seçmiş ölkədir və bu, onun
milli maraqlarına cavab verir”.
Publika.az xəbər verir ki, bu barədə bir neçə gün öncə Bakıda səfərdə olmuş “Rosiya Seqodnya” (keçmiş RİA-Novosti) agentliyinin baş direktoru, Kremlin mediada sözçüsü kimi tanınan Dmitri Kiselyov deyib.
Onun fikrincə, Azərbaycan bir çox ölkələr üçün nümunə ola bilər:
“Məsələn Almaniya və Yaponiya kimi böyük dövlətlər üçün də. Bu gün
Azərbaycanın müstəqilliyi daha çox özünə “mənəm-mənəm” deyən
dövlətlərə də nümunədir. Buna görə də mən Merkel və Sindzo Aboya
Bakıya baş çəkməyi və bu inkişaf edən ölkənin prezidenti ilə
görüşməyi məsləhət görərdim”.
D. Kiselyov qeyd edib ki, bu gün Cənubi Qafqazda antirusiya cəbhəsi
yaratmaq istəyirlər.
“Bu cəbhədə Ermənistan yer almır və mən Bakıda olanda Azərbaycanın da burda olmadığı qənaətinə gəldim. Lakin belə cəhdlər var. Amerikalılar arzu edirlər ki, ya Azərbaycanda, ya da Ermənistanda hərbi baza yaratsınlar. Qafqazda antirusiya cəbhəsi Amerikanın xeyrinədir. Lakin bir şeyi unutmaq lazım deyil ki, kim Amerikaya toxunur, qırıntıya çevrilir. Liviya, Suriya, İraq, Gürcüstan və Ukrayna kimi dövlətlər belə dağıldı. Mən Qafqazda heç kimə özünü belə sınaqlar qarşısında qoymağı məsləhət görməzdim”, - deyə o bildirib.
Kiselyov əlavə edib ki, Azərbaycan bu gün yüksək templərlə inkişaf
edir. O, öz həmkarlarına bunu əyani görmək üçün Bakıya səfər etməyi
məsləhət görüb.
Asif
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO