Nida.az
“Bu müqavilə Azərbaycanın maraqlarında deyil”
“Rusiya belə bir müqaviləni imzalatmaqla Azərbaycana, Türkmənistana və digər dövlətlərə potensial tərəfdaş olan ölkələrin Xəzər bölgəsində fəaliyyətinə məhdudiyyət qoymağı planlaşdırır”.
Bu sözləri Axar.az-a politoloq Ərəstun Oruclu sentyabrın 29-da Həştərxanda keçiriləcək IV Xəzər sammitində müzakirə olunacaq məsələlərə münasibət bildirərkən dedi. Onun sözlərinə görə, Rusiya əzəli siyasətindən dönməyib:
“Rusiya həmişə Xəzəryanı dövlətlərə təzyiq etmək istəyəndə bu məsələni gündəmə gətirir. Bilirsiniz ki, artıq bu ölkələr arasında ikitərəfli iqtisadi anlaşmalar mövcuddur - Azərbaycan-Qazaxıstan, Türkmənistan-Azərbaycan, Türkmənistan-Qazaxıstan və s. Bu gün elə bir vəziyyət yaranıb ki, Rusiya geosiyasi mübarizədə uduzub. Məsələ burasındadır ki, qeyri-Xəzər dövlətləri var ki, bu bölgə onların maraq dairəsindədir. Bu siyahıda birinci ABŞ-dır. Burda söhbət təbii ki, enerji maraqlarından, ilk növbədə Azərbaycanla olan enerji əməkdaşlığıdan gedir. Prespektivdə mümkündür ki, bu layihələrə Türkmənistan da qoşulsun. Rusiya da bunu görərək çalışır ki, Xəzərlə bağlı öz daimi pozuntulu, aqressiv, təhrikçi mövqeyini ortaya qoysun”.
Sammitdə imzalanacaq Xəzər hövzəsinə aid olmayan hər hansı bir ölkənin hərbi donanmasının Xəzərdə yerləşdirilməməsi barədə razılıq müqaviləsinə toxunan politoloq bunu Rusiyanın geosiyasi məğlubiyyəti ilə əlaqələndirib:
“Burada söhbət təkcə Xəzərin statusunun müzakirəsindən getmir. Rusiya hərbi potensialını Xəzərdə artırmaqdadır. Bu da artıq o deməkdir ki, Rusiya bölgədə təzyiq siyasəti yürüdür. Bu da sözügedən müqavilə ilə bağlıdır. Mənə elə gəlir ki, Rusiya belə bir müqaviləni imzalatmaqla Azərbaycana, Türkmənistana və digər dövlətlərə potensial tərəfdaş olan ölkələrin Xəzər bölgəsində fəaliyyətinə məhdudiyyət qoymağı planlaşdırır. Rusiya maraqlıdır ki, ona yaxın bir ərazidə, qapalı su hövzəsində hansısa bir dövlətin donanması olmasın. Bu, Rusiya üçün böyük bir təhlükədir.
Əslində, Xəzər daxili su hövzəsidir və buna ehtiyac da yoxdur. İndiki vəziyyətdə əsas məsələ Xəzərin statusunu müəyyənləşdirmək, Xəzərin bölgüsünü aparmaq və su sərhədlərini ayırd etməkdir”.
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO