Nida.az
Vaqif Hacıbəyli qardaşının müdafiəsinə qalxdı
Arif Hacılının qardaşından İbadoğlunu ittiham: “Müsavatdakı pisliklərdə barmağı olan...”
Müsavatın yeni başqanı Arif Hacılının qardaşı, Əhrar
Partiyasının sədri Vaqif Hacıbəyli Qubad İbadoğlu və onun
komandasını yalan danışmaqda ittiham edib. Tural Abbaslını isə
tərifləyərək yetkin siyasətçi adlandırıb.
Vaiqf Hacıbəyli Publika.az-a açıqlamasında seçki ərəfəsində namizədlərin özlərini ideal apardıqlarını deyib. "Seçkidən sonra gözləmədiyim halda Tural Abbaslı özünü çox ağayana apardı. Hərçənd ki, onun və onunla birlikdə vicdan məhbusu olmuş Əhəd bəyin, Rüfət bəyin məclisə seçilməməsi istənilən halda mənə təəccüblü gəldi. Bunun qarşılığında gənc olduğu üçün bu olaya çılğın reaksiya verəcəyi gözlənilən Tural bəy özünü yetkin siyasətçi və əsl müsavatçı kimi aparır. Amma ondan daha təcrübəli, ziyalı, guya həmişə təmkinli olduğu deyilən və seçkilərdə də şəxsən mənim gözlədiyimdən də daha uğurlu nəticə qazanan digər namizəd isə məyusedici açıqlamalar verməkdə davam edir. Açıq-aşkar faktları təhrif edir”, - deyə Əhrar Partiyasının sədri Qubad İbadoğlunu ittiham edib.
“Mən bütövlükdə Müsavat rəhbərliyinə qarşı mübarizədə uduzmuşam” nə deməkdir? Vurğun Əyyub, Mehman Cavadoğlu, hətta Hikmət Hacızadə kimi məşhur Divan üzvləri səninlə bərabər görüşlərə getməyiblərmi? Onlar Müsavat rəhbərliyi deyilmi? İsa Qəmbərin guya gizlində kiməsə dəstək verməsi də absurddur axı? İsa bəyin doğma qardaşı, ağsaqqal əmisi, başda dostum Vəzir olmaqla mühafizəçiləri, Müsavatdakı bütün pisliklərdə həmişə barmağı olan qohumu Fəxrəddin Bağırov açıq şəkildə sənə dəstək veribsə, onda İsa bəy əl altından sənin əleyhinə nə iş görüb? Digər tərəfdən, İsa bəyin səs hüququnu kim əlindən alıb ki? O, müsavatçı deyil bəyəm? Budurmu sizin yeni təfəkkürünüz, yeni nəfəsiniz, yeni simanız? Kənardan heç də yaxşı görünmür”, - deyə Vaqif Hacıbəyli əlavə edib.
Asif
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO