Nida.az
“Kişi pencəyini götürüb gedir yeni macəra axtarışına”- Milli Məclisdə yeni təklif
Milli Məclisin bu gün keçirilən iclasında vətəndaş nikahında uşaq dünyaya gətirənlərin məsuliyyəti məsələsi gündəmə gətirilib.
Publika.az xəbər verir ki, belə məsuliyyətin
müəyyən olunması təklifi ilə deputat Fəzail Ağamalı çıxış
edib.
Onun sözlərinə görə, bu, vətəndaş nikahını rəsmiləşdirmək cəhdi
kimi qiymətləndirilə bilməz: “Əgər bu adamlar vətəndaş nikahında
yaşayırlarsa, onda buna hər hansı rəsmi don geydirmək olmaz. Lakin
orası da var ki, belə nikahdan doğulan uşaqlar böyük problemlərlə
üzləşirlər. Özü də getdikcə Azərbaycanda vətəndaş nikahından
doğulanların sayı artır. Son 10 ildə belə uşaqların sayı 4 dəfə
artıb. Rəsmi statistikaya görə, ötən il Azərbaycanda doğulan belə
uşaqların sayı 25 mindən yuxarıdır”.
F. Ağamalı təəssüflə bildirib ki, bu uşaqların hüquqları qanunla
tənzimlənmir: “Qanunda sadəcə göstərilir ki, rəsmi və vətəndaş
nikahından doğulan uşaqların hüquqları eynidir. Lakin bunun
mexanizmi yoxdur. Kişi qadından ayrılır, pencəyini götürüb gedir
yeni macəra axtarışına. Qadın da qalır uşaqla tək. Buna görə qanuna
dəyişiklik edilməli, vətəndaş nikahından doğulan uşaqların üzərində
valideyn məsuliyyəti tənzimlənməlidir. Olmasa, həmin 25 min uşağı
potensial cinayətkar kimi qəbul etmək olar”.
Millət vəkili deyib ki, valideyn himayəsindən məhrum olan uşaqlar dövlət tərəfindən himayə olunur, lakin bu qayğı hər kəsi əhatə edə bilməz: “Ana vətəndaş nikahından uşaq dünyaya gətirirsə, atanın məsuliyyəti olmalıdır, uşaq 18 yaşına çatana qədər kömək etməlidir”.
F. Ağamalı bu məsələ ilə bağlı Ailə Məcəlləsinə dəyişiklik
edilməsini istəyir: “Bu, ikili nikahın təbliği deyil. Mən tək
nikahlıyam, ikili nikahın tərəfdarı ola bilmərəm”.
Asif
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ