Nida.az
Seçkilərdə namizədlərin qeydiyyatının sərtləşdirilməsi təklif olunur
“Əgər parlament seçkilərində 3 faizlik səddi aşan partiya yoxdursa, onlara veriləcək vəsait parlamentdə təmsil olunan partiyalar arasında bölünsün”.
Publika.az xəbər verir ki, bu təkliflə millət
vəkili, YAP icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisin
payız sessiyasının bu gün keçirilən ilk iclasında çıxış edib.
S. Novruzov təklif edib ki, “Siyasi partiyalar haqqında” qanuna
dəyişikliklər olsun. Onun sözlərinə görə, “Siyasi partiyalar
haqqında” Qanunun mövcud variantında qeyd olunur ki, dövlət
büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər
Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3
faizini qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi
partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq
bölünür: “Hazırda parlament seçkilərində 3 faiz səs alan
partiyalara büdcədən maliyyə ayrılması nəzərdə tutulur. Amma belə
partiya yoxdur. Təklif edirəm ki, bu maliyyə parlamentdə təmsil
olunan siyasi partiyalar arasında bölüşdürülsün. Həmin vəsait
büdcədə qalıb və bu barədə qanun olmadığına görə, hansı formada
xərclənməsinə sərəncam verilə bilmir”.
Bununla yanaşı, Seçki Məcəlləsinə də dəyişiklik edilməsini istəyən S. Novruzov bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi zamanı qeydiyyatın sadələşdirilməsinı təklif edib: “Təklif edirəm ki, bələdiyyə seçkiləri zamanı namizədliyini irəli sürən şəxslərin qeydiyyat prosedurası sadələşdirilsin. Hazırda bələdiyyəyə namizədlə prezidentliyə namizədin qeydiyyata alınması üçün eyni sənədlər tələb olunur”.
Asif
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...