Qrantların alınması çətinləşdiriləcək - Qanunvericilik
Bizi izləyin

Nida.az

Qrantların alınması çətinləşdiriləcək - Qanunvericilik

Qrant vermək istəyən xarici fondlar müvafiq icra hakimiyyətinin rəyini almalıdır.

Qeyri-hökumət təşkilatları və qrantlarla bağlı qanunlara ciddi dəyişikliklər nəzərdə tutulur.

Publika.az xəbər verir ki, bu məsələ Milli Məclisin (MM) İqtisadi siyasət, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasının müzakirəsinə çıxarılıb.


Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsin sədri Əli Hüseynli dəyişikliklərin onun təşəbbüsü ilə meydana gəldiyini bildirib: “Bir çox məsələlərdə olduğu kimi, bu sahədə də şəffaflığa ehtiyac var. Ölkəmizdə korrupsiyaya qarşı mübarizə ilə bağlı bir sıra ciddi təbirlər görülür və uğurlu nəticələr də əldə edilməkdədir. Bu baxımdan QHT-lərlə bağlı məsələlərdə, xüsusilə, xarici donorlar tərəfindən maliyyələşdirilən QHT-lərlə bağlı məsələlərdə də şəffaflığa ehtiyac var. Müzakirəyə çıxarılan dəyişikliklər də məhz bunları nəzərdə tutur”.


Komitə sədrinin sözlərinə görə, “QHT-lər haqqında” qanunun 24-1.5-ci maddəsinin yeni redaksiyada verilməsi təklif olunur.
Yəni, bundan sonra qeyri-hökumət təşkilatı, habelə, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Barəsində məlumat təqdim edlməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar isə aparıla bilməz. Həmçinin, sözügedən qanunun 24-2.2-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, müqavilə olmadan və ya qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən qeyri-hökuməti təşkilatı İnzibati Xətalar Məcəlləsinə əsasən, məsuliyyət daşımalı olacaqlar.

“Qrantlar haqqında” qanuna gəlincə, həmin sənədə 5-1-ci hissənin əlavə olunması təklif edilir ki, burada da donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi qaydasının müvafiq icra hakimiyyəıti orqanı tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur. Müzakirələrdən sonra hər iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm