Nida.az
Müsavatda “ailə klanı”, yaxud qaranlıq işləri görən kimdir?- Şok ittihamlar
“Müsavatda son dövrlərdəki bütün xoşagəlməz proseslərin arxasında dayanan iki əsas fiqur var: biri cəmiyyətdə bir dostumuzun qeyd etdiyi kimi müsbət imicə malik olan Vurğun Əyyub, digəri İsa Qəmbərin qohumu olduğu üçün müəyyən immuniteti olan Fəxrəddin Bağırov”.
Publika.az xəbər verir ki, bu barədə Müsavatın yeni başqanı Arif
Hacılının qardaşı, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli
deyib.
Onun sözlərinə görə, Müsavatda da, kənarda da bu adamların
proseslərdə hansı rol oynadıqları barəsində çoxları bilir ,amma
susurlar.
Yeni başqanın qardaşı müsavatçı yazar Elbəyi Həsənlinin ona susmağı
tövsiyə etməsinə qarşı çıxaraq deyib ki, hörmət etdiyi bir çox
digər insanlar da ona bu mövzunu qapatmağı xahış edirlər.
“Mən daha bu mövzuya qayıtmayacağam. Razıyam ki, lazım gələndə
susmağı da bacarmaq lazımdır, amma susmaq heç də həmişə qızıl
deyil. Elbəyi dostumuz Qubad İbadoğlunun cığallığını da pis təhlil
etməyib. Amma o niyə belə etdi, niyə bu gün bir söz, sabah başqa
söz danışdı, bu məsələlərin mahiyyətini tam aça bilməyib”, -deyə o
qeyd edib.
Qeyd edək ki, Vurğun Əyyub Müsavatda aparıcı şəxslərdən hesab
olunur. O, başqanlıq seçkilərində Qubad İbadoğlunu dəstəkləyirdi.
Arif Hacılının qazanmasına qarşı çıxaraq seçkinin legitimliyinə
şübhə etdiyini açıqladı.
Fəxrəddin Bağırov isə partiyanın aparıcı simalarından hesab olunsa
da, ictimaiyyət arasında daha az tanınıb. Onun haqqında iddia
edilir ki, İsa Qəmbərin qohumu olaraq partiyada qaranlıq işləri
həll edir.
F. Bağırov Hacıbəyliyə “o kimdir ki, mən onun dediklərinə münasibət
bildirim” formasında reaksiya verib.
Seçkidə məğlub olan Qubad İbadoğlu isə Vaqif Hacıbəylinin
ittihamlarına cavab olaraq bildirib ki, Müsavatı gələcəkdə bir
“ailə partiyası”na çevirmək istəyənlər var.
“Bu məsələdə hesab edirəm ki, mövqe qoymağa Vaqif Hacıbəylinin nə
mənəvi, nə də siyasi haqqı çatır. Mən ona özündən ibarət olan
partiyası ilə məşğul olmağı məsləhət görürəm. O, müsavatçı olmasa
belə mən onun ittihamlarını cavablandırardım. Ancaq o, Arif
Hacılının qardaşı olduğuna görə hesab edirəm ki, çox qərəzli və
ailə marağından çıxış edərək belə bir status yazıb. Arif Hacılıya
da təklif edirəm ki, Müsavatda olmayan ailə üzvlərinin partiyanın
işinə qarışmasının qarşısını alsın”, -deyə o qeyd edib.
Qeyd edək ki, Q. İbadoğlu “ailə partiyası” deyəndə A. Hacılının
qardaşı Mustafa Hacıbəylinin də Müsavatda mühüm postlardan birində
olmasını nəzərdə tutur.
Asif
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ