Nida.az
Arif Hacılını kimlər təbrik etmədi? – Sorğu

Müsavatın VIII qurultayında Arif Hacılı yeni başqan seçildi. Artıq iki gündür Müsavat yeni başqanı ilə yoluna davam edir.
Maraqlıdır ki, yeni başqanı hansı partiyalar qalibiyyət münasibəti ilə təbrik edib.
Publika.az bununla bağlı partiyaların mövqelərini
öyrənib.
Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar
Cəlaloğlu Arif Hacılını sabah xüsusi olaraq təbrik
edəcəyini bildirib.
“Dünən partiya adından qurultaya münasibətimizi açıqladıq, həmçinin
uğurlar arzuladıq. Sabah partiyamızın iclası olacaq. Orda Arif bəyi
şəxsən təbrik edəcəm”, - deyə ADP sədri qeyd edib.
Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz
Əlizadə isə yeni başqanı təbrik etmək niyyətində deyil:
“Bu, onların daxili məsələsidir. Digər tərəfdən, Arif Hacılı
Azərbaycan siyasətində ciddi çəkiyə malik deyil. Əslində Müsavatda
nə qədər onun kimi rəhbər olsa, bizə o qədər sərf edir”.
ASDP sədri hesab edir ki, İsa Qəmbər Arif Hacılını özü başqan seçib. Onun sözlərinə görə, İ. Qəmbər bununla başqanlıqdan üzdə getdi, arxada yenə də hər şeyə nəzarət edir.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli
Əliyev isə Arif Hacılıya xüsusi təbrik göndərməyə ehtiyac
olmadığını bildirib.
“Partiya adından xüsusi təbrikə ehtiyac görmürəm. Mən qurultayla
bağlı xüsusi yazı ilə çıxış etdim, ordan təbrik elementləri də
var”, - deyə VİP sədri qeyd edib.
Ən maraqlısı isə AXCP-nin Arif Hacılını təbrik etməkdən imtina etməsidir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı yeni
başqanın təbrik edilməsi məsələsinin partiyanın gündəmində
olmadığını açıqlayıb: “Ümumiyyətlə, bu məsələ müzakirə olunmur.
Müsavatla gələcək əməkdaşlıq da müzakirə mövzusu deyil”.
Qeyd edək ki, A. Hacılı yeni başqan kimi Publika.az-a müsahibəsində
AXCP ilə əməkdaşlığın tərəfdarı olduğunu açıqlayıb. O, AXCP-yə
müttəfiqlik təklifinin hələ də gündəmdə qaldığını, onun yeni başqan
olaraq iki partiya arasındakı münasibətlərin inkişafına
çalışacağını bildirib.
AXCP-nin kurasiyasına daxil olan Milli Şuranın sədri Cəmil Həsənli
də yeni başqanı təbrik etməyib.
Asif Nərimanlı

-
Hadisə00:45
Azərbaycanda istirahət mərkəzində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Uçmağa icazən var
-
İdman19 İyul 23:12
Neymar 1,5 milyona aldığı avtomobili bu səbəbdən sürə bilməyəcək - FOTO
-
Yaxın Şərq19 İyul 23:00
20 il komada qalan "Yatmış Şahzadə" VƏFAT ETDİ
-
Magazin119 İyul 22:00
Günayın yeni imici ilə göz qamaşdırdı - FOTO
-
Region19 İyul 21:50
İranda ölümcül infeksiya sürətlə yayılır
-
Dünya19 İyul 21:30
61 yaşlı kişi MRT-nin içinə sovuruldu
-
Rəsmi xronika19 İyul 20:20
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirildi - YENİLƏNDİ