Nida.az
4 min azərbaycanlıdan xəbər yoxdu
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yaranmış hazırkı durğun vəziyyət regionda sülh və sabitik üçün çox təhlükəlidir".
Publika.az xəbər verir ki, bu barədə ATƏT Parlament Assambleyasının Cenevrədə keçirilən payız sessiyasında çıxış edən Milli Məclisin deputatı Azay Quliyev deyib.
Azay Quliyev deyib ki, Ermənistan ordusunun işğal olunmuş torpaqlardan çıxarılması və Azərbaycan əhalisinin öz evlərinə geri qayıtmaları bu münaqişənin həlli üçün irəliyə addım olar. Bu, həmçinin Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında etimad mühitinin yaranmasına kömək edəcək.
Bu isə özlüyündə davamlı sülhyaratma istiqamətində çox önəmli amildir. Hazırda dörd mindən artıq azərbaycanlı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində əsir götürülüb və itkin düşüb. Onların 600-ə yaxını qadınlar və yaşlılardır.
A.Quliyev bildirib ki, təhlükəsizliyimizə olan təhdidlər bizi bir-birimizdən ayırmamalıdır, əksinə bunlar bizi əvvəl olduğundan daha çox birləşdirməlidir. Biz resurslarımız və güclü qətiyyətimizlə bütün problemlərin səmərəli həllinə nail ola, ATƏT ərazisində sülh və təhlükəsizliyi təmin edə bilərik.
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə10 May 20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 10 May 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”