Nida.az
İsveçrə nəşri: “Kremlin Bakıya miqrasiyadan tutmuş separatizmə qədər təzyiq elementləri var”
Ukraynadan sonra eyni təhlükələr yeni ssenarilər üzrə yenidən baş verə bilər. İlk belə mənzərə Qafqazda görünür, hansı ki, burda vəziyyət göründüyü kimi sadə deyil. Ermənistan öz seçimini edib, Gürcüstan da seçimdə şanslıdır. Lakin Azərbaycan çətin vəziyyətdədir. Bu ölkə nə Qərb, nə də Rusiya deyə bilmir, çünki bütün seçimlər təhlükəlidir. Məhz buna görə orta xətt götürülüb ki, bu da hər zaman səmərəl olmur. Hazırda regionun ən çətin vəziyyətdə olan ölkəsinin Azərbaycan olduğunu demək olar.
Publika.az xəbər verir ki, İsveçrənin “Le Temps” nəşri Ukraynadan sonra eyni təhlükələrin baş verəcəyi perspektivlərinfən yazıb.
Nəşrə görə, bütün günah Avropanın dişsiz siyasətindədir. Belə ki, Avropa İttifaqı öz reputasiyasından istifadə etmir. Zamanında ABŞ dövlət katibi Henri Kisincer deyirdi: “Avropa ilə danışmaq lazım olanda bilmirəm kimə zəng edim”. İndi həqiqətən də eyni durum yaranıb. Xarici işlər və təhlükəsizlik məsələsini kiminlə müzakirə etmək olar, Avropa Şurasının sədrinə, Avropa Komissiyasının başçısına, yoxsa Avropa Parlamenti spikerinə?
Hər-halda sual yaranır, beynəlxalq səhnədə Avropa Birliyinin real çəkisi uzağı görməmək qədər deyilmi? Məhz qətiyyətsiz siyasət Ukrayna böhranı və soyuq müharibənin laxlanması ilə nəticələndi. Avropa zəifdir və bu ciddi nəticələrə səbəb olur.
Politoloq Con Mirşaymerom “Böyük dövlət siyasətinin faciəsi” (The Tragedy of Great Power Politics, 2001-ci il) geosiyasi planda əhəmiyyətsiz faktor kimi Avropa Birliyini göstərirdi. Hələ 13 il öncə o "Foregn Affairs"də Ukrayna böhranının anonsunu vermişdi. Lakin Avropa nəticə çıxarmadı. Ukrayna böhranı baş verdi, Avropa yenə də nəticə çıxarmayıb. Rusiya Gömrük Şurasını genişləndirmək üçün işləri genişləndirir.
“2012-ci ildə Vladimir Putin prezident postuna qayıdandan sonra Gömrük/Avrasiya İttifaqının ilk konturlarını açıqladı. Lakin Avropa onu ciddiyə almırdı. Halbuki, Ukraynaya hərbi müdaxilənin ilk elementləri hələ o zaman seçilirdi. Bu gün eyni müdaxilə ssenarisi davam edir. Misal üçün, Azərbaycan. Burda Moskvanın çeşidli təzyiq elementləri var. Ticarət asılılığı, miqrasiya, rus dilli azlıqlar, separatizm qrupları, hərbi güc, Qarabağ və təbliğat. Yenə saymaq olar, amma bu yetərlidir ki, Bakı Şimal qonşusunun qarşısında geri çəkilsin”, - deyə İsverçə nəşri qeyd edib.
Nəşr Avropanı ayılmağa və xarici siyasətdə dişsiz addımlardan çəkinməyə çağırır.
Asif Nərimanlı
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ