Nida.az
XİN: "Dağlıq Qarabağ" rejiminin Azərbaycan vətəndaşları üzərində "məhkəmə işi" təşkil etməyə hüquqi əsası yoxdur
"Qondarma Dağlıq Qarabağ rejiminin Azərbaycan vətəndaşları üzərində "məhkəmə işi" təşkil etməyə heç bir hüquqi əsası yoxdur və bu qondarma "məhkəmə" tərəfindən qəbul ediləcək qərar heç bir hüquqi gücə malik ola bilməz". Publika.az - ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin Ermənistan kütləvi informasiya vasitələrində Ermənistan tərəfindən girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərov üzərində qondarma "məhkəmə işinin" təşkil olunacağı haqqında məlumata dair verdiyi açıqlamasında deyilir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir: "Öz doğmalarının qəbirlərini ziyarət edən Şahbaz Quliyev və Dilqəm Əsgərov girov götürülmüş və uydurma istintaq prosesi çərçivəsində işgəncələrə məruz qoyulmuş, Həsən Həsənov isə vəhşicəsinə Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmişdir. Ermənistanın bu kimi əməlləri beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarının müddəaları ilə bilavasitə ziddiyyət təşkil edir".
Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasının ərazisində
Azərbaycan Respublikası vətəndaşlarının sərbəst hərəkətinə
Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş xüsusi
hallar istisna olmaqla, heç kim tərəfindən məhdudiyyət və ya qadağa
qoyula bilməz: "Ermənistanın Azərbaycana qarşı işğal və təcavüz
əməllərinin ört-basdır edilməsi məqsədilə işğal olunmuş Azərbaycan
ərazilərində qondarma Dağlıq Qarabağ rejimi yaradılmışdır.
Ermənistan Azərbaycana qarşı işğal və təcavüz əməlləri ilə
beynəlxalq hüququn norma və prinsiplərini, BMT nizamnaməsini və
Helsinki yekun aktını kobud şəkildə pozmuş və buna görə bilavasitə
məsuliyyət daşıyır".
Məlumatda bildirilir ki, Azərbaycan Respublikası tərəfindən Şahbaz
Quliyev və Dilqəm Əsgərovun azad edilməsi üçün beynəlxalq
təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri və Beynəlxalq Qızıl
Xaç Komitəsi ilə iş davam etdirilir.
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bavariya"nın baş məşqçi postuna yeni favorit BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin17 May 21:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO