Nida.az
Rusiya və İran hərbi gəmiləri Xəzərdə
İran və Rusiyanın hərbi gəmiləri Xəzərdəki təlimlərdə iştirak edir. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Həbibullah Səyyari bildirib.
Onun sözlərinə görə, manevrlərdən sonra Rusiya gəmiləri İranın ərazi sularını tərk edəcəklər.
Tərkibində "Dağıstan" gözətçi gəmisi və "Qrad Sviyajsk" raket esminesinin olduğu Rusiyanın Xəzər hərbi donanmasının gəmilərindən ibarət dəstə İranın Ənzəli limanına daxil olub və burada üç gün qalıb.
Kontr-admiral deyib ki, bu dostluq səfəri iki ölkənin HDQ-ləri arasında gələcək əməkdaşlığın əsasını möhkəmləndirib.
2013-cü il iyunun 27-də İran HDQ-nin gəmiləri ilk dəfə olaraq Rusiya limanına daxil olmuşdular. Səfər beş gün davam etmişdi.
-
Səhiyyə21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin221:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!