“Qara Tofiq” Müsavatdan niyə getdi? – Səbəb
Bizi izləyin

Nida.az

“Qara Tofiq” Müsavatdan niyə getdi? – Səbəb

Müsavat Divanının və Tovuz rayon təşkilatının üzvü “Qara Tofiq” kimi tanınan Tofiq Hüseynli də Müsavatdan istefa verib.


Qeyd edək ki, Müsavatın Tovuz rayon təşkilatı tam tərkibdə istefaya gedib.

T. Hüseynli Publika.az-a açıqlamasında istefası haqda geniş danışmaq istəmədiyini deyib: “Tale belə gətirdi. Artıq Müsavatın üzvü deyiləm”.


T. Hüseynli keçmiş başqan İsa Qəmbərin ən nüfuzlu müşavirlərindən idi. Onun Arif Hacılının başqan seçildiyi və partiyada son baş verənlərə görə getdiyi məlumdur.

Səxavət Əlisoy Publika.az-a açıqlamasında T. Hüseynin addımını normal qarşıladığını və gözlənilən addım olduğunu açıqlayıb.


“Çünki qurultaydan öncə onun rəhbərliyi ilə Tovuz rayonunda qurultay nümayəndələrini seçmək üçün müşavirə keçirildi. Lakin Təşkilat Departamenti bu seçkini ləğv etdilər. Əsas gətirdilər ki, başqanın müşaviri departamentin üzvlərindən yüksək statusa malikdir. Orda qurultaya təşkilat komitəsinin üzvləri iştirak etməyib. Amma əs səbəb Arif Hacılının başqan seçilməsi üçün yolların açılması idi. Çünki Tofiq bəy Arif Hacılını dəstəkləmirdi. Həm də onun rəhbərliyi ilə seçilən müşavirədə seçilən nümayəndələr Arif Hacılını dəstəkləmədiyi üçün nəticələr ləğv edilmişdi. Bu Tofiq bəyə qarşı səhv addım idi”, - deyə o bildirib.


Müsavat qurultayından sonra T. Hüseynlinin AXCP sədri Əli Kərimliyə yaxınlaşması olması haqqında fikirlər dolaşır. Onun sopsial şəbəkələrdə Ə. Kərimlinin fikirlərini təbliğ etməsi də bu baxımdan diqqət çəkəndir.

Lakin T. Hüseynli Publika.az-ın “AXCP-yə üzv ola bilərsiniz?” sualına cavabında məsələnin belə olmadığını deyib: “Mən heç bir partiyanın üzvü olmaq fikrində deyiləm”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm