Nida.az
Rusiya Qafqazda böyük oyuna başlayır: Bakını itirməməyin yeganə yolu
İki əsr sonra Rusiya Qafqazda yeni böyük oyuna başlayır. Bu oyundan hazırda narahat olan Ermənistandır.
Publika.az xəbər verir ki, Rusiyanın “Vestik
Kafkaza” nəşri Azərbaycanla Rusiya arasında hərbi sferadakı
əməkdaşlığı diqqət çəkərək bunun Yerevanda narahatlılıqla
qarşılandığını qeyd edir.
Xüsusilə Rusiya müdafiə naziri Serger Şoyqunun Bakı səfəri
erməniləri yerindən oynadıb.
Şoyqu Bakıya səfər etdi, ardınca Rus hərbi gəmisi Bakı buxtasına dostluq səfərinə çıxdı. Əslində, Qəbələ RLS-in Rusiya tərəfindən istismarı dayandıqdan sonra bir çoxları iki ölkə arasında münasibətlərdə çatların yarandığını düşünürdü. Halbuki, bu addım hər iki tərəfə sərf etdi. Rusiya böyük xərclərdən qurtardı, Azərbaycansa cəsarətlə heç bir dövlətin hərbi bazasının öz ərazisində olmadığını deyə bildi.
Amma Bakı ilə Moskva hərbi sferada əməkdaşlığını dayandırmadı və bu gün Azərbaycanın Rusiyadan aldığı silahların həcmi 5 milyard dolar həcminə qədər yüksələ bilər. Bakı da öz növbəsində Qərbin sanksiyalarına qarşı öz Şimal qonşusuna yardım əlini uzadıb. Bu, onu göstərir ki, Azərbaycan qonşu Rusiyaya qarşı Qərbin sərt siyasətinə qoşulmur və qoşulmaq niyyətində deyil.
Şoyqunun Bakı səfəri haqda neqativ fikirlərsə Yerevandan eşidildi. Ermənistanda ehtiyat edirlər ki, Azərbaycanla hərbi-siyasi ittifaq onların Kremllə olan münasibətlərinin zərərinədir.
“Görünür, Yerevanda hələ də dərk etmirlər ki, Azərbaycan
torpaqlarının hələ də işğalda saxlanılması və Dağlıq Qarabağ
münaqişəsinin həll edilməməsi Moskvanı çox qıcıqlandırır”, - deyə
nəşr bildirir.
Bir neçə gün öncə Vaşinqtondakı Qlobal Təhlükəsizlik Analizi
İnstitutunun Energetika və Geosiyasət Mərkəzinin direktoru Ariel
Koenın Moskvadakı mənbələrə söykənərək dediyi fikirlər diqqət
çəkir.
“Moskvadakı mənbələrdən mənə daxil olan məlumata görə, Sərkisyanın Qarabağ məsələsində güzəştə getmək istəməsi Putini çox qıcıqlandırır. Çünki Putin Ukrayna münaqişəsini əsas götürərərək Qarabağ münaqişəsinin nizama salınmasına çalışır. Başlanğıc üçün, Azərbaycanın Qərb yönümlü siyasətdən imtina etməsi, Ermənistanın isə bir neçə rayonu qaytarması lazımdır. Strateji hədəfdə Azərbaycanın Avrasiya İttifaqına daxil olması var: “Bunun üçün Rusiya Qarabağı Azərbaycana qaytarmalı olacaq.
Çünki başqa cür Bakının Moskvaya doğru oriyentasiyasını dəyişdirmək mümkün deyil. Sərkisyan buna razı olar, amma Ermənistandakı Qarabağ klanı buna maneə yaradır”, - deyə amerikalı politoloq bildirib.
Rusiya nəşri qeyd edir ki, Ermənistanın hazırkı siyasəti Qafqazda güc balansını yaratmağa çalışan Rusiya siyasətinə qarşıdır.
Moskva hazırda Türkiyənin liderliyi ilə formalaşan
Ankara-Tiflis-Bakı hərbi ittifaqına da yaxın olmaq istəyir.
Nəşr bir neçə gün bununla bağlı açıqlama verən rusiyalı
politoloqun fikirlərinə söykənərək bu ehtimalı müdafiə
edir.
MDB ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri, ictimai-siyasi tədqiqatlar mərkəzinin direktoru Vladimir Yevseyev hesab edir ki, Rusiya Azərbaycan -Türkiyə - Gürcüstan arasında formalaşan hərbi birliyə dost olmaq istəyir: “Bu il Naxçıvanda Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü oldu. Görüşdə üç ölkə arasında hərbi əməkdaşlıq məsələlərinə baxıldı. Rusiya bu üç ölkə arasındakı qeyri-rəsmi ittifaqa dost olmaq istəyir. Bu məsələdə Moskvaya yalnız Bakı kömək edə bilər. Çünki Türkiyə NATO-nun üzvü olduğu üçün Rusiya bu ölkə ilə hərbi əməkdaşlıq qura bilmir. Məlum səbəblərdən Gürcüstanla da bu mümkün deyil. Hərbi əməkdaşlıq üç ölkədən yalnız Azərbaycanla mümkündür. Rusiya istəyir ki, neft kəmərlərinin mühafizəsi məqsədilə hazırda formalaşdırılan üç ölkə arasındakı hərbi ittifaq ona dost münasibət bəsləsin. Moskva bununla kiməsə nəsə göstərmək, yaxud kiməsə qarşı çıxmaq fikrində deyil, sadəcə normal münasibətlər istəyir. Çünki Moskvanın ideyası ondan ibarət deyil ki, Cənubi Qafqazda bir tərəfdə Türkiyə-Azərbaycan-Gürcüstan hərbi bloku, digər tərəfdə Rusiya-Ermənistan hərbi bloku yaransın.
Moskva bu cür blok bölgüsünə qarşıdır. Rusiya bütün Cənubi Qafqazda vahid təhlükəsizliyi dəstəkləyir. Bu məqsədlə Kreml Azərbaycanla münasibətləri yüksək səviyyədə qurur ki, Cənubi Qafqazda istənilən blok qarşıdurmasından qaçmaq mümkün olsun. Çünki hansısa blok kifayət edir ki, regionda təhlükəsizlik pozulsun”.
“Vestik Kafkaza” görə Moskva perspektiv strategiyaya görə,
Yerevanın nazı ilə oynamayacaq və qarşıdakı illərdə xüsusi bir
hadisə baş verməsə Qarabağ münaqişəsinin həll olunmasına maksimum
çalışacaq.
“Bakını itirməmək üçün hələ ki yeganə yol bundan keçir”, - deyə
nəşr vurğulayıb.
Asif Nərimanlı
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO