Nida.az
İŞİD-in 20 yaşlı azərbaycanlı üzvü kürdlərə əsir düşdü: “Bizə yalvarırdı ki, onu öldürək”

“Frans Press” agentliyi Kobanidə kürdlərə əsir düşmüş İŞİD-in azərbaycanlı döyüşçüsündən yazıb.
Publika.az xəbər verir ki, agentlik kürd baqqal Cuneyt Hemonun Kobanidə kürdlərə əsir düşmüş cihadçı ilə bağlı fikirlərini qeyd edir.
“Onu öldürmək üçün bizə yalvarırdı. Deyirdi ki, onu öldürək, o
da cənnətə getsin və ona vəd olunan mükafatı alsın”.
33 yaşlı Hemo Kobanidə İŞİD hücumundan qaçan suriyalı kürdlərdən biridir. Vaxtilə baqqal işləyib, amma indi kürd silahlıları tərkibində İŞİD-ə qarşı vuruşur. Onun haqqında danışdığı İŞİD cihadçısı Türkiyə sərhədlərinə yaxın ərazidə gedən döyüşlərdə kürd silahlılarına əsir düşüb.
“Biz onu küçədə tutduq. O, Surucda Kobani qaçqınları ilə birlikdə
sığınacaq tapmışdı. O, Azərbaycandan gəldiyini dedi. 20 yaşlarında
olardı və ərəb dilində bizimlə rahat şəkildə danışırdı. Biz ondan
soruşduq ki, niyə bizə hücum edir? O cavabında dedi ki, biz
imansızlarıq, əsl İslam yolundan azmışıq. Bildirdi ki, bizləri əsl
İslama qaytarmaq üçün döyüşürlər. Biz ona bu yoldan geri
çəkilməsini istədik və dedik ki, öldürməyəcəyik. Amma o, israrla
dediklərini təkrarladı. Bizim imansız olduğumu, kafir olduğumuzu
dedi. Bildirdi ki, ona vəd olunan 40 mələyi görmək üçün cənnətə
getmək istəyir və bizdən onu öldürməmizi xahiş etdi. Ona yemək
təklif edəndə imtina etdi. Əgər imkanı olsaydı, kamikadze kimi
özünü partladardı. O bir neçə dəfə bizə dedi ki, şəhid olmuş
“qardaşları” üçün sevinir və özü də cənnətdə onlara qoşulmaq
istəyir”, - deyə kürd baqqalı danışır.
Hemo bildirir ki, 20 yaşlı azərbaycanlı İŞİD üzvü kürd döyüşçüləri
tərəfindən başından atəş açılmaqla öldürüldü: “Onu öldürmək fikri
yox idi. Dəfələrlə bu yoldan çəkinməsi deyildi. Amma geri durmadı.
Bizdə onun fanatik fikirləri narahatlıq doğururdu. Qorxu var idi
ki, o qaça və kamikadze kimi özünü partlada bilər. O, ölümdən
qorxmurdu”.
Amma kürd silahlısı Hemo haqqında danışdığı İŞİD-in 20 yaşlı
azərbaycanlı üzvünün adını çəkmir.
Asif Nərimanlı

-
Qoroskop00:00
Günün ULDUZ FALI - Göy bizə bir açar verəcək
-
Region12 İyul 23:36
Xameneinin nümayəndəsi faciəvi şəkildə ÖLDÜ
-
Magazin212 İyul 21:36
Dua Lipadan cəsarətli poza - FOTO
-
Magazin212 İyul 21:00
Acunun görün nə qədər borcu var - Ödəməkdə çətinlik çəkir
-
Səhiyyə12 İyul 20:12
Onun mədəsindən 27 alışqan çıxarıldı - UNİKAL ƏMƏLİYYAT
-
Magazin112 İyul 19:36
Tanınmış tiktoker qaydaları yenidən pozdu - VİDEO
-
İdman12 İyul 18:15
Neymar 1,5 milyon dollara bu avtomobili aldı
-
Dünya12 İyul 16:30
Ərdoğan danışdı, xanımı ağladı - VİDEO