Nida.az
Müsavat başqanına sərt ittiham: “Xəyanətkarı zaman göstərəcək”

“Arif Hacılı zehniyyətinə və populist xarakterinə uyğun açıqlama verib”.
Publika.az xəbər verir ki, bu barədə Müsavat üzvü
Səxavət Əlisoy partiya başqanı Arif Hacılının gedənləri xəyanətkar
adlandırmasına münasibət bildirərkən deyib.
S. Əlisoy “Partiyadan gedənlər kimə və nəyə xəyanət etdilər?” deyə
qeyd edib.
“Gənclik illərini Azərbaycanda demokratik dəyərlər uğrunda
mübarizəyə sərf etmiş fədakar gəncləri xəyanətkar adlandırmaq
açıq-aşkar qərəzdir və Arif Hacılı zehniyyətinə və populist
xarakterinə uyğun açıqlama verib.
O gənclər, fikrimcə, Müsavata yox, saxtakarlığa, qeyri-demokratik
mühitə, ədəbsizliyə, yekəxanalığa, populizmə, şüarçılığa,
qeyri-səmimiliyə mənəmmənəmliyə xəyanət edib. Müsavata kimin
xəyanət etdiyini isə zaman göstərəcək”, -deyə S. Əlisoy
bildirib.
Qeyd edək ki, Müsavat başqanı A. Hacılı partiyadan istefa verənləri
xəyanətkar adlandırıb: “İrəli sürdükləri arqumentlərdən asılı
olmayaraq Müsavat Partiyasını tərk edənlər Müsavatçılığa,
Rəsulzadənin ruhuna, bu ağır dövrdə Müsavatda qalıb fəaliyyətlərini
davam etdirən silahdaşlarına qarşı xəyanət etdilər!”
Asif

-
Magazin101:41
Röya Ayxan Kann Film Festivalında qırmızı xalıya çıxdı - VİDEO
-
İKT01:11
Hamilə teleaparıcı doğuş sancıları ilə EFİRƏ ÇIXDI
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Ulduzlar bu axşam bir sirr pıçıldayır
-
Sosial22 May 23:24
"Qızım yuxuma girdi" - Kürə atılan Nuranənin anası ilk dəfə DANIŞDI
-
İnanc22 May 23:12
Bu səlahiyyət Şeyxin əlindən alındı
-
Magazin122 May 22:24
"Bu olmasa, müğənnilərin 99 %-i BATAR"
-
MDB22 May 22:12
Ağaca söykənən oğlan iki barmağını İTİRDİ
-
Magazin122 May 21:12
Şəbnəmlə Vəfa barışdı