Nida.az
Xarkovda Konsulluğun açılışı olub
Xarkovda Azərbaycanın Fəxri Konsulluğunun açılışı olub.
Publika.az xəbər verir ki, mərasimdə Ukraynanın dövlət və hökumət rəsmiləri, tanınmış ictimai-siyasi xadimlər, bir sıra diplomatik korpusların nümayəndələri, diaspor və media təmsilçiləri iştirak ediblər.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli iki ölkə arasındakı tarixi dostluq əlaqələrinin dinamik inkişaf etdiyini bildirib. Prezident İlham Əliyevin ikitərəfli strateji əməkdaşlığın inkişafına xüsusi diqqət ayırdığını nəzərə çatdıran səfir dövlət başçısının sərəncamı ilə Xarkov şəhərində açılan Azərbaycanın Fəxri Konsululuğunun Ukraynanın Dnepropetrovsk, Sumı, Çerniqov, Zaparojye və Poltava vilayətlərini əhatə etdiyini diqqətə çatdırıb. Dövlət başçısının sərəncamına əsasən Xarkov şəhərində Azərbaycanın fəxri konsulu təyin olunmuş tanınmış iş adamı, Sumı vilayətinin deputatı Əfqan Salmanova gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbirə qatılanlara minnətdarlığını bildirən Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov Prezident İlham Əliyevin sərəncamı ilə Xarkov şəhərində Azərbaycanın fəxri konsulluğunun açılmasının təməli ulu öndər Heyrdər Əliyev tərəfindən qoyulmuş Azərbaycanla Ukrayna arasındaki iqtisadi, mədəni, elmi, texniki əlaqələrin regional müstəvidə inkişaf etdirilməsinə təkan verəcəyini bildirib.
Fəxri konsulluqda Ukraynanın Xarkov, Dnepropetrovsk, Sumı, Poltava və Çerniqov vilayətlərində yaşayan azərbaycanlılara hüquqi yardım göstərilməsi üçün hüquqşünaslardan ibarət xüsusi qrup yaradıldığını diqqətə çatdıran Əfqan Salmanov bu istiqamətdə Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıq və göstərişlərin həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.
Sonra dövlət rəsmilərinin iştirakı ilə Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun açılışını bildirən rəmzi qırmızı lent kəsilib.
Sonra fəxri konsulluqda mətbuat konfransı keçirilib. Mətbuat konfransında Ukraynanın ictimai siyasi xadimlərindən Anatoli Raxanski, Dmitri Tkaç, Vladimir Zaplatinskiy, Viktor Kovalenko, Sumı Vilayətinin teputatlar şurasının sədri Mikola Kloçko, Zaporojye vilayətindəki MOTOR SİÇ müəssisəsinin nəzarət şurasının sədri Anatoli Malış, Aərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev və digər rəsmi şəxslər çıxış edərək beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınan Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında dünya şöhrətli siyasi xadim Heydər Əliyevin əvəzsiz xidmətlərindən söz açıblar.
Ukraynanın indiki ağır dönəmində rəsmi Bakının birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünə dəstək verdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirən natiqlər son illər Azərbaycanın inkişaf edərək Cənubi Qafqazda lider dövlətə çevrilməsindən məmnunluq ifadə ediblər. Ukraynanın mövcud iqtisadi siyasi böhran durumunda Azərbaycanın Xarkov şəhərində Fəxri Konsulluğunun açılmasını xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişafına xidmət edəcəyinə əminliklərini bildiriblər. Bu istiqamətdə Ukraynada nümunəvi iş adamı və xeyriyyəçi kimi tanınan fəxri konsul Əfqan Salmanova gələcək fəaliyyətində uğurlar arzulayıblar.
-
Səhiyyə21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin221:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!