Nida.az
Deputat icra nümayəndələrinin ləğv edilməsini istəyir - TƏKLİF
Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov Azərbaycanda icra nümayəndələrinin ləğv edilməsini və bələdiyyələrin səlahiyyətlərinin artırılmasını təklif edir.
Deputat İ.İsmayılov Publika.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda bələdiyyələrin hüquqları artırılmalıdır. İ.İsmayılov deyib: “İndi ayrı-ayrı yerlərdə ikili hakimiyyət mövcuddur. Yəni, icra nümayəndəsi və bələdiyyələr var. Bu paralel hakimiyyətə ehtiyac yoxdur. Bütün səlahiyyətləri bələdiyyələrə vermək lazımdır.Mən bələdiyyələrin səlahiyyətlərinin artırılmasını və bununla yanaşı hakimiyyətin icra nümayəndəsinin olmamasını istəyirəm”.
Xatırladaq ki, millət vəkili Siyavuş Novruzov Milli Məclisin son iclasında bu il Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Seçki Məcəlləsinə dəyişiklik edilməsi təklifi ilə çıxış edib. YAP-çı deputatın fikrincə, bələdiyyələrin üzvü azaldılmalıdır: “Dünyada heç yerində, hətta bələdiyyə sistemi inkişaf etmiş ölkələrdə bələdiyyənin bu qədər üzvü olmur. Builki seçkidə biz 20 minə yaxın insanı seçməli olacağıq. Bu da seçki prosesini ağırlaşdırır”.
S.Novruzov bələdiyyə üzvlərinin sayının ən çoxu 5 nəfərdən ibarət olmasını məqbul sayır:“Hətta müxtəlif yerlərdə 1-3, ən çoxu da 5 nəfərdən ibarət olmaqla bələdiyyə seçmək olar. Bələdiyyə sədri də elə birbaşa seçicilər tərəfindən seçilməlidir. Belə olsa, onlar üzvlər qarşısında yox, öz seçiciləri qarşısında öhdəlik daşıyar, onlara daha yaxşı xidmət edərlər”.
Vasif Həsənli
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...