Nida.az
Qarabağ münaqişəsi alman Bundestaqında: hökumət cavab verməli olacaq
Almaniya parlamentində Die Linkenin kommunist fraksiyası Almaniya Federal hökumətindən Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində aldığı rol üzrə təfsilatlı hesabat tələb edib.
Publika.az xəbər verir ki, “Vestik Kavkaz”
nəşrinin Alman Bundestanqındakı mənbələrə istinadən xəbər verir ki,
federal hökumətə fraksiya tərəfindən ünvanlanan sorğuda
Azərbaycanın ərazi bütövlüyü dəstəklənir.
Qeyd edilir ki, BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla bağlı 4
qətnaməsi, BMT-nin Başı Assambleyaları, Avropa və beynəlxalq hüquq
nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
Sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması prosesində Moskvanın xüsusi rolu qeyd edilir.
“Rusiya Ermənistanla da, Azərbaycanla da intensiv münasibətləri dəstəkləyir. Azərbaycanla Rusiya arasında son illər iqtisadi və siyasi əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edir. Hər iki ölkə radikal terrorizmə qarşı da birgə mübarizə aparırlar. 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olan Azərbaycan Gürcüstandan fərqli olaraq, NATO-ya üzvlüyə hələ ki can atmır. Bu fonda Rusiya beynəlxalq hüquqa uyğun olaraq münaqişənin həlli üçün aktiv səylərini göstərir. Buna nümunə kimi cəbhədəki “avqust gərginliyi”nin aradan qalxması üçün Rusiyanın rolu göstərilə bilər”.
Bunu əsas götürən alman kommunistlər aydınlaşdırmaq istəyirlər ki,
Minsk qrupunun köməkçi üzvlərindən olan Almaniya Rusiyanın
münaqişənin həlli üçün atdığı addımları nə dərəcədə
dəstəkləyir.
Hökumətə ünvanlanmış sorğuda 40 məsələ öz əksini tapıb.
Sorğuda kommunistlər 2011-ci ilin 8 martında azərbaycanlı oğlan
Fariz Bədəlovun cəbhədə erməni snayperi tərəfindən qətlə
yetirilməsinin son nəticələri ilə maraqlanıblar.
Bundan başqa, Azərbaycanın ərazi bütövlüyünün pozulması, tanınmamış “DQR”-in qanunsuz fəaliyyəti, Xankəndində aeroport açılması, ABŞ tərəfindən “DQR” rejiminə maliyyə yardımlarının edilməsi məsələləri önə çəkilir.
Alman qanunvericiliyinə görə, hökumət bu sorğuya 14 gün ərzində
cavab verməlidir. Lakin sorğunun genişliyi nəzərə alınaraq, bu
müddət bir qədər gecikə bilər.
Asif Nərimanlı
-
Sosial19:24
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
-
İdman19:00
Ronaldo və Messi komanda yoldaşı ola bilərlər - Prezident ŞANS AXTARIR
-
Magazin218:36
Rihanna imicini kökündən dəyişdi - FOTO
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...