Nida.az
II Qarabağ müharibəsinin qarşısını kim aldı? – Alman deputatdan İrəvana çağırış
“Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalı, Azərbaycanın məcburi köçkünləri öz doğma yurdlarına geri dönməlidir. Hər iki tərəf qarşıdurmadan, hərbi ritorikadan çəkinməli, güzəştlərə meyilli olmalıdır. Cənubi Qafqazda dövlətlərarası münaqişə beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həll olunmalıdır”.
Publika.az xəbər verir ki, bu barədə Almaniya
Bundestaqının Solçular fraksiyasının deputatı Katrin Kunert
deyib.
K. Kunert Almaniya Federal hökumətini Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həllində Rusiyanın səylərini dəstəkləməyə
çağırıb.
“Tərəflər arasında sülh danışıqlarının effektiv davamı üçün ATƏT-in
Minsk qrupunda təcili surətdə şəxsi maliyyə və kadr potensialı olan
işçi qrupları yaradılmalıdır. Unutmaq lazım deyil ki, bu ilin
avqust ayında tərəflər arasında tammiqyaslı müharibənin baş
verməsinin qarşısını Rusiya aldı”, - deyə o bildirib.
Bundestaqın üzvü vurğulayıb ki, torpaqlar qaytarıldıqdan sonra
Azərbaycan Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinə
zəmanət verməlidir. Onun fikrincə, beləliklə, müharibənin
yenilənməsi təhlükəsi minimuma endirilə bilər: “Bu prosesdən sonra
regionun hər iki əhalisinin iştirakı ilə demokratik yolla Dağlıq
Qarabağın son siyasi statusunun təyin edilməsi üçün kifayət qədər
vaxt olacaq”.
Alman deputat qeyd edib ki, üzvü olduğu Sol Partiyası məcburi köçkün və qaçqınların doğma yurdlarına qayıdışını dəstəkləyir.
“Almaniya da Minsk qrupunun üzvü olan ölkə kimi öz səylərini
genişləndirməlidir”, - deyə K. Kunert bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Bundestaqda Sol kommunist
fraksiyası Almaniya Federal hökumətindən Dağlıq Qarabağ
münaqişəsinin nizama salınması prosesində aldığı rol üzrə
təfsilatlı hesabat tələb edib.
Federal hökumətə fraksiya tərəfindən ünvanlanan sorğuda
Azərbaycanın ərazi bütövlüyü dəstəklənib.
Qeyd edilib ki, BMT-nin Təhlükəsizlik Şurasınını Qarabağla bağlı 4
qətnaməsi, BMT-nin Başı Assambleyaları, Avropa və beynəlxalq hüquq
nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
Sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması prosesində Moskvanın xüsusi rolu qeyd edilir.
“Rusiya Ermənistanla da, Azərbaycanla da intensiv münasibətləri
dəstəkləyir. Azərbaycanla Rusiya arasında son illər iqtisadi və
siyasi əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edir. Hər iki ölkə
radikal terrorizmə qarşı da birgə mübarizə aparırlar. 2011-ci ildə
Qoşulmama Hərəkatına üzv olan Azərbaycan Gürcüstandan fərqli olaraq
NATO-ya üzvlüyə hələ ki can atmır. Bu fonda Rusiya beynəlxalq
hüquqa uyğun olaraq münaqişənin həlli üçün aktiv səylərini
göstərir. Buna nümunə kimi cəbhədəki “avqust gərginliyi”nin aradan
qalxması üçün Rusiyanın rolu göstərilə bilər”, - deyə sorğuda
bildirilib.
Bunu əsas götürən alman kommunistlər aydınlaşdırmaq istəyirlər ki,
Minsk qrupunun köməkçi üzvlərindən olan Almaniya Rusiyanın
münaqişənin həlli üçün atdığı addımları nə dərəcədə
dəstəkləyir.
Hökumətə ünvanlanmış sorğuda 40 məsələ öz əksini tapıb.
Sorğuda kommunistlər 2011-ci ilin 8 martında azərbaycanlı oğlan
Fariz Bədəlovun cəbhədə erməni snayperi tərəfindən qətlə
yetirilməsinin son nəticələri ilə maraqlanıblar.
Bundan başqa, Azərbaycanın ərazi bütövlüyünün pozulması, tanınmamış “DQR”-in qanunsuz fəaliyyəti, Xankəndində aeroport açılması, ABŞ tərəfindən “DQR” rejiminə maliyyə yardımlarının edilməsi məsələləri önə çəkilib.
Qeyd edək ki, Almaniya qanunvericiliyinə görə, hökumət bu sorğuya
14 gün ərzində cavab verməlidir. Lakin sorğunun genişliyi nəzərə
alınaraq, bu müddət bir qədər gecikə bilər.
Asif Nərimanlı
-
Magazin203:43
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO