Nida.az
Siyavuş Novruzov: “Freedom House” Paris görüşündə təxribat etmək istəyir”
“Prezidentlərin Paris görüşündə “Freedom House” kimi təşkilatlar təxribat etmək istəyirlər”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Siyavuş Novruzov Paris görüşü ilə eyni gündə “Freedom House” və Açıq Cəmiyyət Fondu (Soros Fondu - red) tərəfindən Vaşinqtonda Azərbaycanla bağlı dinləmələrin salınmasına münasibət bildirərkən deyib.
S. Novruzov bildirib ki, bu təşkilatlar Azərbaycanda gedən
proseslərə maneəçilik törətməkdə israrlıdırlar: “Onların
qeyri-obyektivliyi məlum məsələdir və məhz Azərbaycanla bağlı
zaman-zaman qeyri-səlis xəbərlər yayaraq ölkəmiz haqqında mənfi rəy
formalaşdırmağa çalışırlar. Görünür, Dağlıq Qarabağ məsələsi
istiqamətində danışıqların gedişatı bu təşkilatlardakı erməniləri
və erməni lobbilərini ciddi narahat edir və bu formada nəsə etməyə
çalışırlar. Çünki Paris görüşünü vaxtı əvvəldən bəlli idi, onlar da
bu vaxta uyğun həmin gün Azərbaycanı ittiham etməyə
hazırlaşırlar”.
Millət vəkili qeyd edib ki, “Freedom House” və bu tipli təşkilatlar
Azərbaycana düşmən mövqedədirlər.
“Lakin hesab edirəm ki, onlar heç nəyə nail ola bilməyəcəklər.
Çünki dünyada da hər kəs onların necə qərəzli təşkilat olduğunu
bilir”, - deyə o bildirib.
S. Novruzov oktyabrın 27-də Ermənistan tərəfindən girov saxlanılan
Dilqəm Əhmədov və Şahbaz Quliyevin məhkəməsinin salınmasını da
təxribat adlandırıb. Lakin millət vəkili hesab edir ki, Ermənistan
məcbur olub məhkəmənin vaxtını dəyişəcək: “Əks təqdirdə, təxribatçı
olduğunu etiraf etmiş olar”.
Qeyd edək ki, oktyabrın 27-də Parisdə Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qaranağ münaqişəsini müzakirə edəcək.
Məlumatlara görə, həmin gün Vaşinqtonda “Freedom House” və Açıq Cəmiyyət Fondu Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müzakirələr keçirəcək.
Asif Nərimanlı
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO