Nida.az
Suriyaya gedən ilk azərbaycanlı QAT-ın üzvü olub - Şok açıqlama

Suriya cihadına qoşulan ilk azərbaycanlı Rüstəm Əsgərov Qarabağ Azadlıq Təşkilatının üzvü olub.
Publika.az-a açıqlamasında bu barədə QAT sədri
Akif Nağı məlumat verib.
Qeyd edək ki, Suriyada döyüşən azərbaycanlılar bu günlərdə maraqlı bir məqalə ilə çıxış ediblər. Məqalədə R. Əsgərovun fəaliyyəti işıqlandırılır və onun hər zaman andığı üçün Akif Nağıya təşəkkür edirlər.
A. Nağı bildirib ki, R. Əsgərov dünyagörüşü geniş olan, fəlsəfəni,
ərəb dilini bilən adam idi: “2003-cü ildə Qarabağda döyüşmək üçün
dəstə yaratdılar. Sərhədi keçmək istəyəndə MTN tərəfindən
saxlanıldılar. 23 nəfərdən ibarət qrup idi. Onların hər biri
müxtəlif müddətə həbs olundu. R. Əsgərov həbsdən çıxandan sonra
dəfələrlə bizə müraciət edib Qarabağa getmək istədiyini deyirdi.
Sonra eşitdim ki, Türkiyəyə köçüb, ailəsi ilə birgə orda yaşayır.
Türkiyəyə səfərimiz zamanı onunla görüşmək istədim, amma vaxt
baxımından görüşümüz alınmadı. Daha sonra eşitdim ki, Suriyaya
gedib və öldürülüb”.
A. Nağı qeyd edib ki, həmin 23 nəfərin çoxu bu gün Türkiyədə
yaşayır.
“Azərbaycanda da yaşanlar var. Cəbhə bölgəsində gərginliyin olduğu
vaxt biz Tərtərə, Ağdama səfərlər etdik. Tərtərdə olanda onların
bir qurpu ilə görüşümüz də oldu. O vaxt Ali Baş Komandana müraciət
edərək Qarabağda döyüşmək istədiklərini də açıqladılar”, - deyə o
bildirib.
QAT sədri qeyd edib ki, həmin şəxslərdən R. Əsgərovla birgə
Suriyaya gedənlərin olması haqda məlumatsızdır.
Xatırladaq ki, R. Əsgərov Suriyaya döyüşməyə gedən ilk
azərbaycanlıdır. O, “Əhraru-Şam” İslam hərəkatında Azərbaycanlı
camaatın əmiri olub. 2013-cü ilin 5 dekabr tarixində Hələbdə gedən
döyüşlərdə öldürülüb.
Rövşən Bədəlovla bağlı maraqlı fikirlər səsləndirib, habelə ölkə rəhbərliyinə bir neçə sualla müraciət edib:
“Suriyada həlak olması ilə bağlı xəbər yayılan Rövşən Bədəlov (“Bədəl” adı ilə tanınırdı) Qarabağ Azadlıq Təşkilatının üzvü olub, Tərtərdən nümayəndə kimi QAT-ın 1-ci qurultayında iştirak edib. O vaxtdan Qarabağda partizan dəstəsi yaratmaq cəhdləri edib. Sonralar Çeçenistanda, Pankisi dərəsində döyüşlərdə iştirak edib. 2003-cü ildə dəstə yaradaraq cəhbə xəttini keçib Qarabağda partizan hərəkatını başlamaq istəyib. 2003-cü ilin avqustunda o, başda olmaqla dəstənin 23 üzvü Bakıda həbs olunub. Rövşən Bədəlova 10 il həbs cəzası verilib. 2013-cü ildə azadlığa çıxıb”.
Asif Nərimanlı

-
Elm və təhsil00:15
Məşhur olimpiada SAXTA ÇIXDI - VİDEO
-
Magazin100:00
“Özümü 60 yaşlarımda da belə saxlayacağam” - FOTO
-
Hadisə22 İyun 23:36
Qubada ağır qəzada ölən bacıların kimliyi məlum oldu - FOTO/YENİLƏNDİ
-
İKT22 İyun 23:12
Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ: dələduzluq halları artır - VİDEO
-
Region22 İyun 22:24
İsrail ordusu SEPAH-ın raket zavodunu belə vurdu - ANBAAN VİDEO
-
Səhiyyə22 İyun 22:00
Döş xərçəngi ilə bağlı İNQİLABİ KƏŞF - 68 ay əvvəl aşkarlana bilər
-
Sosial22 İyun 21:00
Sevil Əliyevanın oğlu bu məşhurların nəvəsi ilə ailə qurub - FOTO/YENİLƏNDİ
-
Dünya22 İyun 20:36
Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı