Nida.az
Rusiyalı politoloq: “Paris görüşündə irəliləyiş olub”
Dünən Yelisey sarayında Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi.
Yelisey sarayının saytından yayılan məlumata görə, prezidentlər Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında Dağlıq Qarabağda müharibə zamanı itkin düşən şəxslər haqqında məlumatların mübadiləsi haqqında razılığa gəliblər. Həmçinin münaqişənin həlli istiqamətində dialoqun davam etdirilməsi qərara alınıb.
Publika.az xəbər verir ki, M. V. Lomonosov adına
Moskva Dövlət Universitetinin İnformasiya-analitik mərkəzinin baş
direktorunun müavini, rusiyalı politoloq Andrey Petrov Yelisey
sarayının divarları arxasında ictimaiyyətə məlum olmayan ciddi
müzakirələrin getdiyini hesab edir. Onun sözlərinə görə,
iştirakçıların sükutu bəzi nəticələr çıxarmağa kömək edir:
“Avqustda prezidentlər Soçidə, sentyabrda isə Uelsdə görüşdülər.
Paris görüşü hələ iyul ayında planlaşdırılırdı, lakin görüşdə yeni
gündəlik olmadığı üçün təxirə salındı. Bunun fonunda son zamanlar
Rusiya və Qərbin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müəyyən siyasi
addımlara təşəbbüs etdikləri də müşahidə olunur. Rusiyanın yüksək
səviyyəli məmurları Azərbaycana baş çəkdilər, Qərb cəbhəsində isə
Almaniya hökuməti xüsusi bəyanat yaydı. Bundan başqa, “Dağlıq
Qarabağ və işğal edilmiş digər ərazilərdə zorakılığın artması” üzrə
məruzəçinin təyinatını yada salmalıyıq”.
Rusiyalı politoloq əsl dialoq üçün şəraitin yarandığını bildirib:
“Artıq hər üç həmsədr ölkə prezidentlərlə ayrılıqda görüşdü. Bu
görüşlər bir qədər “kim daha fəaldır” yarışını da xatırlatdı. Ümumi
mənzərədə isə Dağlıq Qarabağ münaqişəsi yenidən dünyanın diqqətinə
düşdü. Əsl dialoq üçün şəraitin yarandığını və problemin həlli üçün
yalnız tərəflərin siyasi iradəsinin lazım olduğunu düşünürəm”.
Petrov Parisin sükutunu yaxşı əlamət kimi dəyərləndirir: “Əvvəlcə
Olland prezidentlərlə ayrılıqda görüşdü. Sonra İlham Əliyevlə Serj
Sərkisyan ikilikdə və Minsk qrupunun həmsədrlərinin iştirakı ilə
görüşdülər. Lakin bəyanat olmadı. Bu artıq danışıqların raundunda
müəyyən irəliləmənin olduğunu göstərir. Hesab edirəm ki, Dağlıq
Qarabağ münaqişəsinin həllində yeni fəsil açılır və nəticədə
münaqişə həll oluna bilər”.
Asif Nərimanlı
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü