Nida.az
Müsavatda yeni dava: Arif Hacılının qardaşından sərt sözlər
“Arif Hacılı hər zaman istər Müsavatda, istərsə də müxalifətin birgə strukturlarında Qubad İbadoğludan daha böyük vəzifə tutub. Parlament seçkilərində Müsavatın proporsional siyahısında Arif Hacılının adı digər başqanlığa namizədlərdən daha öndə olub. Majoritar sistemdə isə 10 mindən çox səsi rəsmiləşən yeganə müxalifətçidir. Bu təkzibolunmaz faktlar onun siyasi çəkisinin daha ağır olmasını göstərir. Hələ milli hökumətdə önəmli vəzifə tutmasını, istiqlalçı deputat olmasını, Müsavatda stajının çox olmasını demirəm. Qurultayda siyasi çəkisi daha ağır olan namizəd qalib gəlib”.
Publika.az xəbər verir ki, bu barədə Müsavat başqanı Arif Hacılının
qardaşı, Məclis üzvü Mustafa Hacıbəyli partiyanın üzvü, yazar Elnur
Astanbəylinin ittihamlarına münasibət bildirərkən deyib.
M. Hacıbəyli qarşı tərəfin əks-təbliğat aparmasını daha güclü
adlandırıb: “Onlar bir sıra adamları, elə Elnur Astanbəylini də
icra aparatının seçkidə Arif Hacılını dəstəkləməsinin qəbahətli
olduğuna inandıra biliblər. Amma tək icra aparatı yox, Divan, MNTK,
Məclis də seçkidə bu və ya digər namizədin tərəfini tutub. İcra
aparatı deyilən struktur 7-8 nəfər maaşsız işləyən müsavatçıdan
ibarətdir. İcra aparatının bir nəfər stabil maaş alan əməkdaşı da
Qubad bəyi dəstəkləyib”.
Arif Hacılının qardaşı bir sıra məsələlər haqqında susduqlarını
deyib. Onun sözlərinə görə, seçkidə qüsurlar olubsa, onlar daha çox
məğlub tərəfin xeyrinə olub.
“Hörmətli Elnur Astanbəyli, şəxsləri PPK adlandırmağı sənə
yaraşdırmıram. Mənim xasiyyətimə bələdsən. Mən öz ziyanıma olan
həqiqətləri danmıram, onda qala qardaşımın. Açığı qardaşa hücumlar
boş şeylərdir. Arif Hacılı son 20 ildə ən çox hücumlara məruz qalan
siyasətçilərdəndir. Məni Müsavatda guya ədalətsiz və qeyri-şəffaf
seçkinin keçirilməsi iddiaları yandırır”, - deyə o, bildirib.
Qeyd edək ki, E. Astanbəyli meydan.tv-yə müsahibəsində Müsavatda
Partiya Patrul Xidməti (PPK) yaradıldığını və seçkilərin
saxtalaşdırıldığını deyib. O, yeni başqana qarşı da bir sıra
ittihamlar səsləndirib.
Asif Nərimanlı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO