Nida.az
Əlövsət Talışxanlı: “Müsavatın 50 faizdən çoxu Arif Hacılının legitimliyini tanımır”
"Müsavat Partiyası üzvlərinin 50 faizdən çoxu Arif Hacılının legitimliyini tanımır”.
Bunu Publika.az-a açıqlamasında Müsavatın Mərkəzi
Nəzarət və Təftiş Komissiyasının (MNTK) keçmiş üzvü Əlövsət
Talışxanlı deyib.
Onun sözlərinə görə, partiyada narazılar böyük əksəriyyətdir: “Amma
yeni rəhbərlik narazıları “azlıqlar” deyə təqdim edir. Mən 25 il
həyatımı bu partiyaya sərf etmişəm. Məqsədimiz demokratik
partiyanın qurulmasıdır. Rəhbərlik narazıların sayını açıqlamaqdan
çəkinir. Partiyanın 50 faizdən çoxu yeni başqanın legitimliyini
tanımır. Əsas funksionerlərin əksəriyyəti onu qəbul etmir.
Qabaqcıl, partiyaya həyatlarını vermiş insanlar kənarda qalıb.
Başqa-başqa insanlar rəhbərliyə gətirilir. Onların dediyi azlıq 5,
yaxud 10 olar. 50 faizdən yuxarı üzv seçkini qəbul etmirsə, deməli
problem böyükdür. Divanın keçmiş üzvlərinin 80 faizi yeni
rəhbərliyi qəbul etmir. Müəyyən nüansları vaxtı gələndə
açıqlayacağıq. Hələlik buna ehtiyac duymuruq. Partiyanın demokratik
yolla inkişaf etməsini, azmışların doğru yola gəlməsini
istəyirik”.
Ə. Talışxanlı partiyada nizamnamədən kənar davranışların olduğunu
deyib: “Bu gün nizamnamə arxivə qoyulub. Nizamnamədən xəbər verən
hərəkətlər yoxdur. Biz nizamnaməyə əməl edilməsini istəyirik.
Hələlik sıravi üzv olaraq fəaliyyətimizi davam etdirməkdəyik.
Fraksiya yaradılması ilə bağlı fikirlər var. Lakin müəyyən qədər
zamana ehtiyac duyulur. Zamanla bu problemlərin həllini tapacağını
düşünürük. Açıqlanan fikirlərdə məqbul olmayan müəyyən qüsurlar
var. Biz bunlara da qarşıyıq. Lakin bu proseslərin əksər üzvlər və
cəmiyyət tərəfindən də qəbul edilmədiyi ortadadır”.
Asif Nərimanlı
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü