Nida.az
Xarici İşlər Nazirliyindən Edvard Nalbandyana tutarlı cavab
"Xalqların öz müqəddəratını təyinetmə hüququ beynəlxalq hüququn ali prinsiplərindən biridir. Beynəlxalq hüququn, xüsusilə xalqların öz müqəddəratını təyinetmə prinsipinin siyasiləşdirilməsi və ondan siyasi möhtəkirlik məqsədləri üçün istifadə edilməsi qəbuledilməzdir. Təəssüf ki, biz Ermənistanın təcrübəsində bunun şahidi oluruq". Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın xalqların öz müqəddəratını təyinetmə prinsipi haqqında söylədiklərini şərh edərkən deyib.
H.Hacıyev bildirib ki, BMT Nizamnaməsində xalqların öz
müqəddəratını təyinetmə hüququ müstəmləkəçiliyə qarşı mübarizə və
işğal altında olan və öz idarəçiliyi olmayan ərazilərə münasibətdə
müəyyən olunub. 1975-ci il Helsinki Yekun Aktında isə deyilir: “BMT
Nizamnaməsinin məqsəd və məramları və beynəlxalq hüququn norma və
prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə həmişə
uyğun şəkildə davranaraq, iştirakçı dövlətlər xalqların bərabər
hüquqlarına və onların öz müqəddəratını təyinetmə hüququna hörmətlə
yanaşacaqlar”.
XİN rəsmisi qeyd edib ki, göründüyü kimi, öz müqəddəratını təyinetmə ərazi bütövlüyü hüququna və BMT Nizamnaməsinə ziddiyyət təşkil etməməlidir: "Ərazi bütövlüyü ilə əlaqədar isə Helsinki Yekun Aktında deyilir ki, dövlətlər digər dövlətin ərazisini birbaşa və ya dolayısı zor vasitəsilə hərbi işğal və ərazi əldə etmək obyekti etməməlidirlər. Həmçinin həmin sənəddə bu cür işğal və ya ərazi əldə edilməsinin qanunu hesab edilməyəcəyi bildirilir".
H.Hacıyevin sözlərinə görə, ümumiyyətlə, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş işğal, təcavüz və qanlı etnik təmizləmə əməllərinin fonunda xalqların öz müqəddəratını təyinetmə hüququndan danışmaq yersizdir: "Ermənistanın bu əməlləri xalqların öz müqəddəratını təyinetmə hüququnun təməl prinsipləri, mahiyyəti və fəlsəfəsi ilə ziddiyyət təşkil edir: "Edvard Nalbandyan ya bunları bilmir, ya da məqsədyönlü şəkildə beynəlxalq hüquq və xalqların öz müqəddəratını təyinetmə prinsipini siyasi möhtəkirlik obyektinə çevirir ki, bu da çox ciddi təəssüf doğurur".
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO