Nida.az
Əli Kərimlinin 48 tərəfdarı Mirmahmud Mirəlioğlunun partiyasına keçdi
AXCP-dən istefa verən Sumqayıt rayon təşkilatının 52 nəfər üzvündən 48-i Klassik Xalq Cəbhəsi Partiyasına üzv olmaq üçün müraciət edib.
Bu barədə Publika.az-a KXCP sədrinin müavini Xəzər Teyyublu məlumat verib.
Onun sözlərinə görə, müraciət edənlərin partiyaya qəbulu üçün müvafiq strukturlara göstəriş verilib: “Bu insanların əksəriyyəti Xalq Cəbhəsi dönəmindən hərəkatın içindədirlər. Yəni, siyasətə yeni gəlməyiblər. Artıq neçə illərdir mübarizə aparırlar. Bir çoxunu tanıyırıq”.
KXCP sədri Mirhamud Mitrəlioğlu isə Publika.az-a açıqlamasında üzvlük üçün müraciət edənlərlə bağlı nizamnaməyə uyğun addımlar atılacağını bildirib.
Qeyd edək ki, AXCP üzvlərinin istefasına səbəb Sumqayıt rayon
təşkilatının keçmiş sədri Kəmaləddin Rəhimova qarşı aparılan
kampaniya olub. İstefa verənlərin yaydıqları bəyanatda təşkilata
İsa Qurbanovun sədr seçilməsindən sonra narazılıqlar başladığı
bildirilirdi.
Asif
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə10 May 20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA