Nida.az
Deputat Gürcüstandakı biznesindən danışdı: “Heç kim narahat olmasın” - ÖZƏL
Milli Məclisin deputatı Əsabil Qasımov təsis etdiyi “Karat Holdinq”in Gürcüstanın taxıl və un emalı bazarını inhisara alması barədə yayılan məlumatları şərh edib.
Ə.Qasımov Publika.az-a açıqlamasında yayılan məlumatlarla bağlı maraqlı cavab verib: “Gürcüstanla bağlı yayılan məlumatlar doğru və ya yalandır, bunun mənə heç bir aidiyyəti yoxdur. Çox qəribədir ki, Azərbaycanda Gürcüstanın dərdini çəkənlər peyda olub. Gürcüstanın öz əhalisi və hökuməti var. Hətta jurnalistləri belə var. Odur ki, Azərbaycanda kimsə bundan narahat olmasın”.
Gürcüstan hökumətindən narazılıqla bağlı xəbərdarlıq alıb-almaması məsələsinə də toxunan deputat deyib ki, bu barədə yazılanlar doğru deyil: “Gürcüstandan mənə heç kəs xəbərdarlıq etməyib. Buna görə də heç kəs narahat olmasın”.
Xayırladaq ki, “Yeni Müsavat” qəzeti Milli Məclisin deputatı Əsabil Qasımovun Gürcüstanın taxıl və un emalı bazarını inhisara alması, böyük kapital yeridərək gürcü şirkətlərini bazardan sıxışdırıb çıxarması və bu ölkədə əsəbi mühit yaratması barədə məlumat yayıb.
Vasif Həsənli
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi