Nida.az
Müsavatdakı narazıların görüşünə əngəl – BAŞ TUTMAYA BİLƏR - Yenilənib
Qubad İbadoğlu: “İstənilən halda görüşümüz baş tutacaq”
“İstənilən halda tərəfdarlarımızla görüşümüz baş tutacaq”.
Bunu Publika.az-a açıqlamasında Müsavat
başqanlığına keçmiş namizəd Qubad İbadoğlu Gülağa Aslanlının bu gün
partiya qərargahında keçiriləcək görüşlə bağlı əvvəldən rəhbərliyə
müraciət etmədikləri haqda fikirlərinə münasibət bildirərkən
deyib.
Q. İbadoğlu görüşlə bağlı əvvəldən müraciət etdiklərini də
bildirib. O, görüş üçün yer probleminin olmayacağını düşünür: “Biz
müraciət etmişik. İstənilən halda görüşümüzü keçirəcəyik. Bizim yer
problemimiz yoxdur. Görüşümüzü keçirib fikirlərimizi çatdıracağıq.
Müsavat bütün müsavatçıların partiyasıdır”.
Q. İbadoğlu hər kəsi bugünkü görüşə dəvət edib.
Asif
****
Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu və tərəfdarlarının bu gün saat 17:00-da partiya qərargahına keçirəcəyi görüş baş tutmaya bilər.
Bu haqda başqanlığa keçmiş namizəd, Arif Hacılının qatı əleyhdarı
Səxavət Əlisoy Publika.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Müsavat başqanının müavini Gülağa Aslanlı
görüş üçün rəhbərliyə öncədən müraciət etməli olduqlarını
bildirib.
G. Aslanlı Publika.az-a açıqlamasında bunu
təsdiqləyib. Bildirib ki, görüş keçirmək istəyən əvvəlcə rəhbərliyə
müraciət edilməli idi: “Belə müraciət bizə daxil olmayıb”.
S. Əlisoy isə məsləhətləşmələrin aparılacağını və görüşün baş
tutmasına çalışacaqlarını deyib.
Asif
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ