Nida.az
Müsavat Divanından sərt bəyanat: Səxavət Əlisoy və Əlövsət Talışxanlı bölücülük edirlər
Noyabrın 11-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iclasda partiyanın VIII qurultayından sonrakı ictimai diskussiyalar müzakirə olunub.
“Divanın növbəti toplantısında Müsavat Partiyasının ümumi
ideoloji-siyasi xəttinə zidd, partiyanın VIII qurultayının
qərarlarını şübhə altına alan fəaliyyətlə bağlı müzakirələrin
keçirilməsi qərara alınıb. Bununla əlaqədar partiya üzvləri Səxavət
Əlisoy və Əlövsət Talışxanlı Müsavat Partiyası Divanının 17 noyabr
iclasına dəvət olunub. Toplantıda partiyada ikitirəlik yaratmaq
cəhdləri ilə bağlı bəyanat qəbul edilib. Noyabrın 23-ü Bakıda
ümumrespublika müşavirəsinin keçirilməsi qərara alınıb”, - deyə
məlumatda bildirilir.
Qəbul olunan bəyanatda isə VIII qurultaydan sonra seçkinin
nəticələrindən narazı qalan bir qrupun partiyanın ideoloji-siyasi
xəttinə zidd fəaliyyət göstərdiyi bildirilir: “Belə fəaliyyət son
zamanlar daha da güclənib. Müsavat Partiyasına qarşı bu kampaniyada
Azərbaycan hakimiyyətinin və Müsavatı özünə rəqib hesab edən
müəyyən siyasi qüvvələrin də iştirakı haqda məlumatlar daxil
olmaqdadır. Müsavat Partiyasının rəhbərliyi məlum prosesi diqqətlə
izləyir. Respublikanın rayonlarında keçirilən zona müşavirələrində
Müsavatın əleyhinə olan bu fəaliyyətlərin kəskin pislənməsini də
nəzərə alaraq Divan bu şəxslərdən Müsavat Partiyasının əleyhinə
yönəlmiş pozuculuq hərəkətlərinə və partiyada paralel strukturlar
yaratmaq cəhdlərinə son qoymağı, davranışlarını partiyanın
nizamnaməsinə uyğunlaşdırmağı tələb edir.
Asif Nərimanlı
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda