Ərəstun Oruclu: “Qərbin maliyyələşdirdiyi “5-ci kolon” işə salınıb”
Bizi izləyin

Nida.az

Ərəstun Oruclu: “Qərbin maliyyələşdirdiyi “5-ci kolon” işə salınıb”

“Vaxtilə Qərbin dəstəklədiyi və maliyyələşdirdiyi 5-ci kolon var gücü ilə işə salınıb. Təbii ki, Qərbin özünə qarşı. Amma əvvəlkindən bircə fərqlə - layihə bu dəfə Azərbaycan deyil, Rusiya mediasında başladılıb”.


Publika.az xəbər verir ki, bu iddia ilə Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu “facebook” səhifəsində çıxış edib.


Onun sözlərinə görə, Vaşinqtonun uzun zaman davam edən “kökə” siyasəti iflasa uğrayıb.


“Bu siyasətin və o cümlədən Vaşinqtonun Bakıya yönəlik yumşaq davranışının arxasında Qərbdəki neft lobbisinin təsiri dayanırdı. Rəsmi Vaşinqton isə özünün ənənəvi “kökə və dəyənək” xarici siyasət doktrinasının “kökə” hissəsini işə salıb, bunun nəticəsində nələrin baş verəcəyini gözləyirdi. Çünki Vaşinqtonda yaxşı bilirdilər ki, zərurət yarandıqda, əllərinin altında “dəyənək” də var. Son aylarda baş verən hadisələr isə göstərir ki, “kökə” siyasəti tam iflasa uğrayıb”. – deyə o bildirib.


Politoloq bir qrup qərbli diplomatla Bakıdakı görüşündən danışıb: “Bir neçə il əvvəl bir qrup qərbli diplomat və Bakıda səfərdə olan Qərb siyasətçiləri qarşısında çıxış edirdim. Çıxışdan sonra qonaqların suallarını cavablandırıb yekunlaşdırırdıq. Görüşü təşkil edən səfir mənə müraciət edib bəlkə qonaqlara sualım olduğunu soruşdu. “Bircə sualım var” dedim: “Maraqlıdır, Qərb ölkələri və onların donorları Azərbaycandakı Rusiya agentlərini Rusiya ilə ikitərəfli anlaşma əsasında maliyyələşdirir, yoxsa bilgisizlikdən?” Bir anlığa dərin sükutla qarşılanan qeyri-diplomatik sualıma verilən diplomatik cavablar mənə elə də maraqlı deyildi, çünki əsas məqsədim sözümü demək idi. Bu yerdə haşiyə çıxaraq deyim ki, sual təsadüfi və ya spontan ortaya çıxmamışdı, uzun müddət apardığımız müşahidələrin nəticəsində yaranmışdı”, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm