Kamer Kasım: “Türkiyə ilə Azərbaycan İŞİD-ə qarşı birləşməyə məcburdur” - Müsahibə
Bizi izləyin

Nida.az

Kamer Kasım: “Türkiyə ilə Azərbaycan İŞİD-ə qarşı birləşməyə məcburdur” - Müsahibə

Beynəlxalq Strateji Araşdırmalar Təşkilatının direktor müavini, məşhur türk politoloq Kamer Kasımın Publika.az-a müsahibəsi


- Kamer bəy, İŞİD problemi artıq bölgə və Türkiyə sərhədləri üçün ciddi təhlükəyə çevrilib. Bunun sonunu necə görürsünüz?

- Türkiyə İŞİD-lə mübarizədə müttəfiqləri ilə birlikdə hərəkət edir. İŞİD problemi Türkiyənin, yaxud digər bölgə ölkələrinin təklikdə həll edəcəyi məsələ deyil. İŞİD dünyanın müxtəlif yerlərindən əsgər toplamağa davam etdikcə, onun məhv edilməsi mümkün olmayacaq.


- İŞİD Türkiyə ilə yanaşı, Azərbaycan üçün də təhdidə çevrilib. İki ölkə buna qarşı birlikdə hərəkət edə bilərlərmi?

- Əlbəttə, Türkiyə və Azərbaycanın istənilən terrora qarşı birlikdə hərəkəti önəmlidir. Xüsusilə terrorçuların dövlət sərhədlərini keçməsinin qarşısının alınması və ya onların tutulması üçün birgə hərəkət etməyə məcburdurlar.


- Qarşıdan 2015-ci il gəlir və qondarma “erməni soyqırımı” məsələsi gündəmdədir. Ankara və Bakı buna qarşı birlikdə necə hərəkət etməlidir?

- Erməni iddiaları məsələsində erməni lobbisi və Ermənistanın 2015-ci ilə ciddi hazırlıqları artırdığı məlumdur. Lakin “soyqırımı” iddialarında dünya artıq təkcə erməni lobbisini dinləmir. Türkiyə 2000-ci illərdən başlayaraq beynəlxalq platformalarda bu məsələni aktiv şəkildə gündəmə gərir, “məsələyə tarixi baxımdan yanaşaq” deyir. Erməni lobbisi isə bu məsələni üçüncü tərəflərin önündə müzakirə etmək istəmir. Çünki illərlə davam edən birtərəfli təbliğatla beynəlxalq arenada rəy yaradan erməni lobbisi Türkiyənin səsi eşidiləndən sonra məğlub olacağını bilir.

Türkiyə və Azərbaycanın, həmçinin hər iki ölkənin lobbisinin erməni lobbisinə qarşı birgə hərəkət etməsi faydalı olar. Son illərdə Azərbaycan lobbisi deyə biləcəyimiz bir gücün formalaşmaqda olduğunu görürük.


- Azərbaycan və Türkiyənin Avropanın enerji təhlükəsizliyindəki rolu diqqət çəkir. İki ölkənin maliyyəsi hesabına TANAP reallaşmaqdadır. Artıq “Cənub qaz dəhlizi” deyilən layihənin təməli atılıb. Laki bu kəmərə əlavə enerji mənbələri lazımdır. Bunun üçün Xəzərin dibi ilə çəkiləcək boru kəməri ilə türkmən qazının TANAP-a qoşulması ilkin variant kimi gündəmə gətirilib. Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanın Türkmənistana səfərində də bu məsələ gündəmdə idi. Bakı ilə Ankara bu layihədə Aşqabadı razı sala biləcəkmi?

- Türkiyə və Azərbaycanın enerji işbirliyi nəticəsində TANAP layihəsinin ortaya qoyulması Avropanın enerji təhlükəsizliyində önəmlidir. TANAP ilə 2020-ci ildə 16 milyard kubmetr, 2023-cü ildə 23, 2026-cı ildə 31 milyard kubmetr qazın Avropaya daşına biləcəyi proqnozlaşdırılır. Dünyada dördüncü təbii qaz ehtiyatlarına malik olan Türkmənistan qazının da bu xəttə daxil edilməsi Avropa bazarına çıxarılacaq enerjinin davamlı olması baxımından vacibdir. Lakin bunun üçün Xəzərin dibindən boru kəməri çəkmək lazımdır. Xəzərin statusunun hələ də sual altında olması buna maneədir. Həmçinin, Azərbaycanla Türkmənistan arasındakı Kəpəz/Sərdar sahəsində mübahisəli vəziyyəti tam həll edilməlidir. Bu Xəzərin dibi ilə boru kəmərinin çəkilməsi ehtimalını yüksəldəcək, eləcə də alternativ yollarla LNG (maliyyələşdirilmiş qaz) kimi Türkmənistan qazının çatdırılması müzakirələrini genişləndirəcək.


- İran qazının da TANAP-a qoşula biləcəyi ehtimal olunur. Bunun gerçəkləşməsi nə qədər realdır?

- İranın enerjinin daşınmasında və qazının TANAP-a daxil edilməsində yer ala bilməsi üçün Qərblə münasibətlərinin düzəlməsi, xüsusilə ABŞ-İran münasibətlərində irəliləyişlərin olması lazımdır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm