Nida.az
Türkiyə səfiri Ermənistan helikopterinin vurulmasından danışdı
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hadisələrin necə cərəyan etməsi ilə yanaşı, problemin ozünün hələ də həll edilməməsi məsələsi də araşdırılmalıdır.
Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistana məxsus hərbi helikopterin vurulması ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.
Səfirin sözlərinə görə, son insident bir daha sübüt edir ki,
münaqişə mümkün qədər tez həll olunmalıdır: "Hadisələrin necə
cərəyan etdiyinə və sair baxıla bilər. Amma əsas məsələ odur ki,
Azərbaycan torpaqları niyə hələ də işğal altındadır? Hadisələrin
necə cərəyan etməsi ilə yanaşı, problemin ozünün niyə hələ də davam
etməsi məsələsi araşdırılmalıdır. Türkiyənin hər zaman Azərbaycanın
yanında olacağı aşkardır".
Qeyd edək ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.
Düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçu həlak olub.
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO