Nida.az
“Sən kimin yanındasan, İsa Qəmbər?” – keçmiş başqana sərt sözlər
Müsavat Partiyasında narazıların cəzalandırılmasına etiraz olaraq istefa verən Hikmət Hacızadə jurnalistlərə “mənə ABŞ-dan, Çindən sual verin, Müsavatla bağlı yox” desə də, sosial şəbəkələrdəki müzakirələrə qoşularaq fikirlərini bildirib.
Publika.az xəbər verir ki, ona ünvanlanan “Səxavət
Əlisoy kimi adama görə istefa verməklə xalqın məhəbbətini qazanmaq
inandırıcı görünmür” qeydinə H. Hacızadə əsas məsələnin S. Əlisoy
olmadığı cavabını verib:
“Söhbət Saxəvət Əlisoydan getmir, yadfikirliliyə basqıdan gedir. Sabah hər bir müsavatçı bu vəziyyətlə üzləşə bilər. Demək, mən hər bir müsavatçıya görə istefa vermişəm”.
“Hikmət bəy, kimsə Rəsulzadəyə söysə, bunu fikir azadlığı
sayarsınız?” sualına siyasətçinin cavabı belə olub:
“Mən yox, Avropa Məhkəməsi bunu fikir azadlığı sayır. Dünyada iki variant var. Biri söyüşlü demokratiya, ikincisi söyüşsüz diktatura. İndi siz özünüz seçin”.
Qeyd edək ki, dünən İsa Qəmbər 2 aydan artıq davam edən susqunluğun
ardından qurultaydan sonra Müsavat Partiyasında başlayan
qarşıdurmaya münasibət bildirib. “Kənardan necə görünməsindən asılı
olmayaraq, əslində savaş hakimiyyətlə Müsavat arasında gedir”, -
deyə o, dolayısı yolla Arif Hacılıya dəstəyini nümayiş etdirib.
Keçmiş Məclis üzvü Vurğun Əyyubun İsa Qəmbərin açıqlamasına
reaksiyası maraqlı olub. O, “İsa Qəmbər sən kimin yanındasan” deyə
sual verib: “Əsas məsələ İsa Qəmbərin bu mübarizədə müsavatçıların,
yoxsa hakimiyyətin yanında olub, olmamasıdır. İsa Qəmbər bu suala
cavab verməlidir ki, kimlərin yanındadır”, - deyə o qeyd edib.
Müsavat Partiyasının üzvü, İsa Qəmbərin keçmiş müşaviri Hüseyn
Məlik isə keçmiş başqanına sərt reaksiya verib.
“İqbal Ağazadə, Əli Əliyev, Əhməd Orucla bir yerdə oturmağa məhkum
olanlar, mənimlə bir yerdə otura bilmir, danışa bilmir. Məni
hakimiyyət tərəfində olmağıma işarə edir”, - deyə o mesaj
göndərib.
Asif Nərimanlı
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO